İtaliya millisinin üzvü Giorgi Skalvini zədələnib. Sport24.az xəbər verr ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. "Atalanta"nın müdafiəçisinin dizində zədə aşkarlanıb.
Buna görə də 20 yaşlı futbolçu Avro-2024-ü buraxacaq. O, millinin heyətindən kənarlaşdırılıb. Skalvininin əvəzinə komandaya "Yuventus"un müdafiəçisi Federiko Qatti cəlb olunub.
Qeyd edək ki, bu mövsüm 20 yaşlı Skalvini "Atalanta"nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.