"İpsviç" "Strasburq"dan iki futbolçunun transferini rəsmiləşdirməyə hazırlaşır. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, daha əvvəl Xulio Ensiso ilə bağlı razılığın əldə olunduğu bildirilmişdi.
İngiltərə klubu indi isə "Çelsi"nin Fransadakı tərəfdaşı "Strasburq"la 20 yaşlı sağ cinah müdafiəçisi Abdul Ouattaranın transferi üçün də razılığa gəlib.
Qeyd edək ki, "İpsviç" ötən mövsüm Çempionşipdə 84 xalla ikinci pilləni tutaraq Premyer Liqaya birbaşa vəsiqə qazanıb.