top
İngiltərə Premyer Liqası: Nyukasl azlıqda Mançester Yunaytedi məğlub etdi, Çelsi Aston Villanı darmadağın etdi Idman.biz
05 mart 2026, 02:25
- ↺ +

İngiltərə Premyer Liqası: "Nyukasl" azlıqda "Mançester Yunayted"i məğlub etdi, "Çelsi" "Aston Villa"nı darmadağın etdi

İngiltərə Premyer Liqasının 29-cu turunda "Nyukasl Yunayted" və "Mançester Yunayted" arasında keçirilən oyun başa çatıb.

Oyun 2:1 hesabı ilə "Nyukasl"ın xeyrinə bitib. Qarşılaşma Nyukasl-apon-Tayn şəhərindəki "St. James' Park" stadionunda baş tutub.

Meydan sahiblərinin oyunçusu Ceykob Remzi 45+1-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Entoni Qordon 45+6-cı dəqiqədə penaltidən dəqiq zərbə endirərək "sağsağanla"ı irəli çıxarıb. Kazemiro 45+9-cu dəqiqədə hesabı bərabərləşdirib. Uilyam Osula 90-cı dəqiqədə "Nyukasl"ın qələbə qolunu vurub.

Bu oyundan sonra "Nyukasl Yunayted" İngiltərə Premyer Liqasında 39 xalla 12-ci, "Mançester Yunayted" isə 51 xalla üçüncü yerdədir.

01:50

İngiltərə Premyer Liqasının 29-cu turunda "Brayton" və "Arsenal" arasında keçirilən oyun başa çatıb.

Komandalar İngiltərənin "Brayton ənd Houv" şəhərindəki "American Express" stadionunda oynayıblar. London klubunun oyunçuları 1:0 hesablı qələbəni qeyd ediblər.

Oyunun yeganə qolunu 9-cu dəqiqədə Bukayo Saka vurub.

Turun digər oyununda "Mançester Siti" və "Nottingem Forest" üz-üzə gəliblər. Matç 2:2 hesabı ilə bitib.

"Mançester Siti"nin yarımmüdafiəçisi Antuan Semenyo 31-ci dəqiqədə hesabı açıb. "Nottinqem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt 56-cı dəqiqədə bərabərlik qolunu vurub. Altı dəqiqə sonra "Siti"nin yarımmüdafiəçisi Rodri komandasına yenidən üstünlük qazandırıb. "Nottinqem Forest"in yarımmüdafiəçisi Elliot Anderson 76-cı dəqiqədə bərabərlik qolunu vuraraq matçın taleyini həll edib.

Turun digər matçında "Çelsi" səfərdə "Aston Villa"nı darmadağın edib – 4:1.

İkinci dəqiqədə "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luis hesabı açıb. 35-ci dəqiqədə "Çelsi"nin hücumçusu Joao Pedro hesabı bərabərləşdirib. 45+6-cı dəqiqədə Pedro "Çelsi"ni irəli çıxarıb. 55-ci dəqiqədə yarımmüdafiəçi Koul Palmer "Çelsi"nin üçüncü qolunu vurdu, Pedronun məhsuldar ötürməsini etdi. 64-cü dəqiqədə Pedro het-trik edərək hesabı böyük fərqə çatdırıb.

"Çelsi" bu qələbə sayəsində turnir cədvəlində "Aston Villa" ilə aradakı fərqi üç xaladək azaldıb. "Göylər" 29 oyundan 48 xalla beşinci yerdədir. Birminhem klubu 51 xalla dördüncüdür.

Turun başqa bir qarşılaşmasında "Fulhem" öz meydançasında "Vest Hem"ə uduzub – 0:1.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Oxşar xəbərlər