top
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 10, “Tottenhem” isə 12-ci dəfə məğlub olub Report.az
19 yanvar 2025, 20:19
- ↺ +

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” 10, “Tottenhem” isə 12-ci dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 12-ci turunda "Everton" "Tottenhem"i, "Mançester Yunayted" "Brayton"u, "Nottingem Forest" isə "Sauthempton"u qəbul edib.

Bu barədə "Report" xəbər verir.

"Everton" 3:2 "Tottenhem"

16-cı yerdə olan "Everton" "Tottenhem" üzərində qələbə qazanıb. 15-ci yerdə olan "mahmızlar" üçün bu nəticə onların onsuz da çətin vəziyyətini daha da pisləşdirib. Mersisayd təmsilçisi isə yüksək liqada qalmaq uğrunda mübarizədə vacib üç xala yiyələnib. Meydan sahiblərinin qollarını Dominik Kalvert-Lyuin (13"), İliman Ndiay (30") və Arçi Qrey (45"+7, avtoqol) vurublar, qonaqların heyətində isə Deyan Kuluşevski (77") və Rişarlison (90"+2) fərqlənib.

"Mançester Yunayted" 1:3 "Brayton"

Premyer Liqanın son üç turunda "Liverpul" və "Arsenal" sınaqlardan üzü ağ çıxmış "Mançester Yunayted" öncəki oyunda autsayder "Sauthempton"u da yenərək komandanın gələcəyinə dair müsbət siqnallar versə də, "Brayton" "qırmızı şeytanlar"ın ümidlərini puç edib. Matçda hesab erkən açılıb: 5-ci dəqiqədə Yankuba Minte qonaqların ilk qolunun müəllifi olub. Bununla belə, Ruben Amorimin yetirmələrinin cavabı da gecikməyib: 23-cü dəqiqədə Brunu Fernandeş penaltidən fərqlənib. Bu, ev sahiblərinin oyundakı yeganə qolu olub. 60-cı dəqiqədə Kaoru Mitoma "qağayılar"ın ikinci qoluna imza atıb. Matçda son nöqtəni isə 76-cı dəqiqədə Jorjinyo Rütter qoyub. Beləliklə, bu qələbə ilə "Brayton" (34 xal) 9-cu pilləyə yüksəlib. "Qırmızı şeytanlar" (26) isə 13-cü pillədə qalıblar.

"Nottingem Forest" 3:2 "Sauthempton"

Çempionlar Liqasının vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Nottingem Forest" mövsümün əsas autsayderi "Sauthempton"dan üstün olub. Ev sahiblərinin qollarını Elliot Anderson (11), Kallum Hadson-Odoi (28) və Kris Vud vurub. "Müqəddəslər"in gücü isə cəmi iki qola çatıb. Komandanın heyətində Yan Bednarek (60") və Pol Onuaçu (90"+1) fərqləniblər. Bu qələbə ilə "meşəçilər" "Arsenal"la xallarını bərabərləşdiriblər – 44. Cəmi altı xalı olan "Sauthempton" isə liqa ilə vidalaşmağa çox yaxındır.

Qeyd edək ki, çempionatın lideri 50 xalla (bir oyun əskik) Arne Slotun "Liverpul"udur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Futbol
Bu gün, 09:37

Niderland – Yunanıstan, Almaniya – Serbiya: Millətlər Liqası A Liqası

Futbol
Bu gün, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Futbol
Bu gün, 09:20

Dünyanın ən yüksək maaşlı İtalyan futbolçusu Canluici Donnarumma təyin edildi

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Digər
Bu gün, 09:10

Kür həndbol komandası Mingəçevir şəhərində Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Oxşar xəbərlər