top
İngiltərə Kuboku: Nəticələr - Liverpuldan böyük hesablı qələbə, digər matçların yekunları Idman.biz
15 fevral 2026, 02:02
- +

İngiltərə Kuboku: Nəticələr - "Liverpul"dan böyük hesablı qələbə, digər matçların yekunları

"Liverpul" və "Brayton" arasında keçirilən İngiltərə Kubokunun 1/16 mərhələsinin matçı başa çatıb.

İdman.Biz bildirir ki, mersisaydlılar 3:0 hesabı ilə qalib gəliblər. Oyun Liverpuldakı "Enfild" stadionunda keçirilib.

42-ci dəqiqədə Kertis Cons hesabı açaraq mersisaydlılara üstünlük qazandırıb. Dominik Şoboslai 56-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb, Məhəmməd Salah isə 68-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə yekun hesabı müəyyən edib.

Titulun hazırkı sahibi finalda "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edən "Kristal Palas"dır.

23:55

"Aston Villa" və "Nyukasl Yunayted" arasında keçirilən İngiltərə Kubokunun 1/16 mərhələsinin matçı başa çatıb.

"Sağsağanlar" 3:1 hesabı ilə qalib gəliblər. Oyun Birminhemdəki "Villa Park"da keçirilib.

Temmi Abraham 14-cü dəqiqədə ev sahibi komandanı irəli çıxarıb. Sandro Tonali 63-cü dəqiqədə bərabərlik qolunu vurub, daha sonra 76-cı dəqiqədə ikinci qoluna imza atıb. Nik Voltemade 88-ci dəqiqədə qonaqların üçüncü qolunu vurub.

Beləliklə, "Nyukasl" 1/8 finala vəsiqə qazanıb.

"Nyukasl" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasında oyunlar 18 və 25 fevralda olacaq.

21:06

İngiltərə Kubokunun 1/16 finalında "Mançester Siti" və "Salford Siti" arasında keçirilən oyun başa çatıb.

İngiltərə Premyer Liqa komandası 2:0 hesabı ilə qalib gəlib. Oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.

Alfi Dorrinqton altıncı dəqiqədə avtoqola imza atıb, Mark Qehi isə 81-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

1/16 final mərhələsinin digər oyununda gözlənilməz nəticə alınıb. Üçüncü divizionun komandası olan "Mensfild Taun" səfərdə "Bernli"ni məğlub edib – 2:1.

"Norviç Siti" – "Vest Bromviç Albion" qarşılaşması ilə 3:1 hesabı ilə birincilərin qələbəsi ilə bitib.

"Sauthempton" isə əlavə vaxtda "Lester Siti"ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

19:57

İngiltərə Kubokunun 1/16 final mərhələsinin "Berton Albion" və "Vest Hem Yunayted" komandaları arasında keçirilən oyunu başa çatıb.

Matç qonaqların minimal hesablı (0:1) hesablı qələbəsi ilə bitib.

Summervill "Vest Hem"in yeganə və qələbə qolunu 95-ci dəqiqədə vurub.

Qısa müddət sonra Potts meydandan qovuldu və Premyer Liqa komandası on nəfərlə qaldı, lakin rəqibləri bu üstünlükdən yararlana bilmədilər və nəticədə turnirdən kənarlaşdırıldılar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər