top
İmişlinin evsizliyi: Azərbaycan futbolunda plansızlığın və məsuliyyətsizliyin aynası Sport24.az
17 aprel 2026, 11:00
- ↺ +

"İmişli"nin "evsiz"liyi: Azərbaycan futbolunda plansızlığın və məsuliyyətsizliyin aynası

Azərbaycan futbolunda problemlər çoxdur, amma bəzi klublar var ki, bu problemləri sadəcə göstərmir – onları daha da dərinləşdirir. Bu mənada "İmişli" artıq ayrı bir simvola çevrilmək üzrədir.

Cari mövsümün əvvəlində kluba bir il möhlət verildi. Şərtlər də kifayət qədər aydın idi: aşağı yaş qrupları formalaşdırılmalı, infrastruktur qurulmalı, ən əsası isə klubun öz stadionu olmalı idi. Amma nəticə? Formal yanaşma, yola verilmiş bir il və yerində sayan vəziyyət. Bu, sadəcə gecikmə deyil – bu, açıq şəkildə öhdəliklərin yerinə yetirilməməsidir.

"İmişli"nin ev oyunlarını əvvəl Qubada keçirməsi artıq absurd vəziyyət idi. İndi isə növbəti mövsüm üçün Ağsu variantı gündəmdədir. Bu artıq müvəqqəti həll də deyil – bu, plansızlığın və məsuliyyətsizliyin davamlı hal almasıdır. Bir klubun "ev" anlayışı bu qədər qeyri-müəyyən ola bilməz. Azarkeş harada komandasını dəstəkləməlidir? Klub hansı regionu təmsil edir?

Problem təkcə "İmişli" ilə bitmir, amma məhz bu klub üzərindən sistemin boşluqları daha açıq görünür. I Liqada çıxış edən "Mingəçevir" Premyer Liqaya iddialıdır, amma stadionu acınacaqlı vəziyyətdədir. Liqanın liderlərindən olan "Şəfa" isə, böyük ehtimalla, elitaya vəsiqə qazanacağı rəqiblərini Sumqayıtda qəbul edəcək. Yəni ortaq mənzərə dəyişmir: komanda var, amma baza yoxdur.

Burada əsas sual yaranır: bu klublara lisenziyanı kim və necə verir? AFFA və xüsusilə qurumun Lisenziya və Qeydiyyat Departamenti bu müraciətləri hansı meyarlarla dəyərləndirir? Kağız üzərində plan təqdim etmək kifayətdirsə, onda real tələblərin nə mənası qalır?

Rövşən Nəcəf AFFA-nın son Hesabat Konfransında Premyer Liqada komanda sayının artırılmasının gündəmdə olduğunu bildirdi. Amma sual çox sadədir: keyfiyyət olmadan kəmiyyət nəyə lazımdır? Əgər liqaya "İmişli" kimi infrastruktursuz, plansız klublar gələcəksə, bu artım futbolun inkişafına yox, geriləməsinə xidmət edəcək.

Əslində, problem idman nəticələrindən əvvəl başlayır. Əsasnamədə açıq və sərt şəkildə qeyd olunmalıdır ki, infrastruktur – stadion, akademiya, baza – iştirak üçün əsas şərtdir. Yalnız bundan sonra idman prinsipləri işə düşməlidir. Əks halda, biz hər mövsüm eyni mənzərəni izləyəcəyik: "evsiz" klublar, formal lisenziyalar və kağız üzərində qurulan "inkişaf" planları.

"İmişli" isə bu sistemin ən bariz nümunəsidir – və dəyişiklik məhz bu kimi hallara qarşı sərt mövqe ilə başlamalıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Bu gün, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Bu gün, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Bu gün, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Oxşar xəbərlər