"Danışıq apardığımız bir neçə məşqçi var. Komandanın "sükanı arxasına" yerli məşqçilərdən birini dəvət edəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.
Hazırda baş məşqçisiz qalan bölgə təmsilçisinin rəsmisi növbəti mövsüm üçün hələ heç bir plan çızmadıqlarına da bildirib: "Bu ayın ortalarına qədər baş məşqçinin kimliyinə aydınlıq gələcək. Yalnız bundan sonra seleksiya işlərinə start veriləcək, təlim-məşq toplanışının harda və nə vaxt olacağına aydınlıq gələcək".
Qeyd edək ki, geridə qalan mövsümdə bölgə təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev idi. Komanda qarşıya qoyulan məqsədə çatmadığından klub rəhbərliyi bir neçə gün öncə onunla yolları ayırmağa qərar verib.