top
İlqar Nadiri: “Gəlişiylə həm oyun planında, həm də nəticələrdə inkişaf gördük” Sport24.az
29 aprel 2024, 10:32
- ↺ +

İlqar Nadiri: “Gəlişiylə həm oyun planında, həm də nəticələrdə inkişaf gördük”

"Qəbələ" - "Kəpəz" matçını həyəcanla izləyənlərdən biri də İlqar Nadiri idi. Gərgin keçən və qonaqların minimalhesablı qələbəsi başa çatan 90 dəqiqənin sonunda Gəncə klubunun İdarə Heyətinin sədri Sport24.az-ın bölgəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.


- İlqar bəy bugünkü qələbə ilə elitada qalmağı rəsmiləşdirdiz...
- Çox çətin qarşılaşma oldu.
Əsas odur ki, bizə lazım olan 3 xalı qazandıq. Qış fasiləsindən sonra işimizin ağır olacağını bilirdik. Buna baxmayaraq, hamımız yumruq kimi birləşib, inadla mübarizə apardıq. Elitada qalmaq məqsədinə nail olduq. Amma uğurumuzu sırf bugünkü matçdakı qələbəyə bağlamazdım. Bu qış fasiləsindən sonrakı apardığımız mübarizəmizin nəticəsidi. Üzərimizdə böyük təzyiq var idi. Stress, psixoloji basqı yaşayrdıq. Nəhayət ki, bütün bunları üzərimizdən ata bildik. Baş məşqçimizi, futbolçuları və bütün "Kəpəz"sevərləri təbrik edirəm. Azarkeşlərimizə xüsusi minnətdarıq. Onlar ən çətin anlarda belə bizi tək qoymadılar. Sağ olsunlar.

 

- Sizcə, Azər Məmmədov yola salınmasaydı "Kəpəz"i xilas etmək olardı,  yoxsa bunu ancaq Adil Şükürov bacardı?
- Bu barəsə çox danışmaq istəməzdim. Qısaca deyim ki, biz komandadakı abu-havanı dəyişmək üçün məşqçi dəyişikliyinə getdik. Adil müəllim də sağ olsun. Gəlişiylə həm oyun planında, həm də nəticələrdə inkişaf gördük. Odur ki, baş məşqçimizin rolu danılmazdı.

 

- Klub qarşısına qoyduğu əsas hədəfə çatıb. Qarşıdakı 4 oyuna komandanı motivasiya etmək çətin olmayacaq?
- Düzdü, əsas istəyimizi həyata keçirdik. Hazırda onlayn olaraq 8-ci pillədəyik. Buna rəğmən inanmıram ki, futbolçularımız arxayınlaşsınlar. Baş məşqçimiz də buna imkan verməz. Çempionatı 8-ci pillədə başa vursaq yaxşıdı. Bunun üçün çalışacağıq.


- Hazırkı heyəti növbəti mövsüm üçün qoruya biləcəksiz?
- Təbii ki, çətin olacaq. Maksimum çalışacağıq ki, hazırkı futbolçuların əksəriyyətini düşərgədə saxlayaq.



ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Oxşar xəbərlər