"Kəpəz"dən ayrılan İlkin Qırtımov I Liqa təmsilçisi "Zaqatala"da çıxış edəcək.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a təcrübəli müdafiəçinin özü bildirib.
34 yaşlı futbolçu başqa klublardan təklif almasına baxmayaraq, doğulduğu rayonun komandasına kömək etmək istədiyini söyləyib: "Başqa klublara da gedə bilərdim. Amma "Zaqatala"da oynamağı özüm istədim. Doğma komandama bacardığım qədər kömək etmək fikrindəyəm. Karyeramı hələ bitirmək niyyətində deyiləm".
Qeyd edək ki, Qırtımov Gəncə təmsilçisinin heyətində 17 matça çıxıb.
İdman.biz