İtaliyanın "Milan" klubu İngiltərə təmsilçisi "Nyukasl"ın futbolçu Malik Tşau üçün göndərdiyi ilk təklifi rədd edib.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtalyanların baş məşqçisi Massimiliano Alleqri müdafiəçinin komandada qalmasında israr edir. Premyer Liqa klubu oyunçunu 30 milyon avroya almaq istəyib.
Qeyd edək ki, Tşau 2022-ci ildə 8 milyon avroya "Milan"a keçib. 23 yaşlı futbolçunun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.