top
İlham Yadullayev U-19-un itkiləri və Avropa çempionatının seçmə mərhələsindəki nəticələr haqqında danışıb Report.az
03 aprel 2026, 13:26
- ↺ +

İlham Yadullayev U-19-un itkiləri və Avropa çempionatının seçmə mərhələsindəki nəticələr haqqında danışıb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindən öncə itkilərlə üzləşib və bu amil komandanın nəticələrinə təsir göstərib.

Bunu "Report"a açıqlamasında U-19-un baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssisin sözlərinə görə, turnir öncəsi müdafiə xəttindəki zədəlilər komandanın oyununa təsir edib:

"Futbolçulardan istədiklərimizi ala bilmədik. Seçmə mərhələyə ciddi hazırlaşmışdıq, Moldovada iki yoldaşlıq görüşü də keçirdik. Sonra heyəti müəyyənləşdirib hazırlığa başladıq. Lakin ölkə çempionatında zədələnən əsas oyunçularımız var idi. Xüsusən də müdafiə xəttində itkilərimiz oldu. Onların yerinə beynəlxalq təcrübəsi olmayan yeni futbolçular dəvət etdik. Müdafiədə dəyişiklik etmək çətindir və bu təcrübəsizlik Litva ilə oyunda özünü büruzə verdi. İlk matçda 3-4 yeni oyunçuya şans vermişdik. Litvanı təhlil etmişdik, çox dinamik, fiziki və taktiki cəhətdən nizam-intizamlı komandadır".

İ.Yadullayev Şimali İrlandiya ilə matçdakı məğlubiyyətin səbəblərini açıqlayıb:

"Bu görüşə daha motivasiyalı çıxdıq və beynəlxalq təcrübəsi olan futbolçularla heyəti gücləndirdik. İlk matçda uduzsaq da, ikinci oyunda qələbə qazanacağımız halda qrupu birinci pillədə bitirmək şansı olur. Şimali İrlandiya ilə görüşün ilk hissəsində üstünlük bizdə idi və hesabı açdıq. Lakin ikinci hissədə fərdi səhvlər ucbatından standart vəziyyətdən qol buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, dəyərləndirə bilmədik. Oyunun sonuna yaxın yorğunluq hiss olunurdu, fiziki cəhətdən çatdıra bilmədiyimiz üçün qapımızda ikinci qolu gördük".

O, futbolçuların psixoloji durumuna da toxunub:

"Məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranır. Çalışırıq ki, oyunların təhlili ilə səhvləri göstərək və uşaqları psixoloji cəhətdən toparlayaq ki, məğlubiyyətə öyrəşməsinlər. Onlar "Sabah", "Neftçi", "Qarabağ" kimi liderlik uğrunda mübarizə aparan klubların üzvləridir. İstəmirik ki, futbolçular öz klublarına ruh düşkünlüyü ilə qayıtsınlar".

İlham Yadullayev qarşıdakı planlardan danışıb:

"Növbəti seçmə mərhələ noyabrda olacaq, həmin vaxta qədər püşkatma olmalıdır. Yoldaşlıq oyunları ilə hazırlığı davam etdirməliyik".

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B Liqasının 6-cı qrupunda yer alan U-19 Litvaya 0:4, Şimali İrlandiya millisinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:13

İspaniyada futbolçu 18 yaşlı hakimi hücum etdikdən sonra 1 illik disvalifikasiya edildi

Futbol
Bu gün, 17:08

Portuqaliya Milli Komandası Kriştianu Ronaldu üçün xüsusi vida tədbiri keçirməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Oxşar xəbərlər