top
İki medala dörd adaxlı, ikisi də hasardan baxır - TƏHLİL İdman.biz
01 may 2024, 17:24
- ↺ +

İki medala dörd adaxlı, ikisi də hasardan baxır - TƏHLİL

Azərbaycan Premyer Liqasının başa çatmasına cəmi 4 tur qalıb.

İdman.biz xəbər verir ki, digər komandalardan nəinki bir, hətta bir neçə baş üstün olan "Qarabağ" çempionluq mübarizəsini çoxdan başa vursa da, gümüş və bürünc mükafatlar uğrunda amansız mübarizə gedir.

"Metrodayıq, yoxsa avtobusda?"
Çempiondan aşağı, Premyer Liqanın yuxarı hissəsində inanılmaz sıxlıq müşahidə olunur. Bunu yalnız pik saatlarda ictimai nəqliyyatdakı sıxlıqla müqayisə etmək olar. İşə tələsən insanların metro və ya avtobusda üzləşdiyi duruma Azərbaycanın dörd klubu düşüb. Onlar da tələsir, həm mükafat almağa, həm də Avropaya. "Sumqayıt"la "Neftçi"nin 50, "Zirə" ilə "Sabah"ın 49 xala malik olması 4 komandanın bir xallıq fərqlə qərarlaşmasından xəbər verir. Belə sıxlığa yalnız çempionatların əvvəlində 1-2, ya 3-4 turdan sonra rast gəlmək olar. Finiş ərəfəsində turnir cədvəlində ardıcıl 4 pillədəki komandaların cəmi 1 xal aralığında qərarlaşması isə nəinki Azərbaycan, dünya futbolu üçün nadir təsadüf olunan hadisədir.

Autsayderləri gözləyən "Sumqayıt"
Hazırda ikinci pillədə qərarlaşan "Sumqayıt"ın qarşıdakı görüşlərinə baxsaq, Samir Abasovun yetirmələrini yetərincə şanslı hesab etmək olar. "Gənclik şəhəri" təmsilçisi 4 matçdan iksində son iki pillədəki komandalarla görüşəcək. Sonuncu olduğu rəsmiləşən "Qəbələ" və elitada yerini qoruyan "Kəpəz"lə matçlar kimi "Səbail" sınağı da sumqayıtlıları ümidləndirir. Bakı klubunun avrokubok ümidi şam kimi əriyir və Sumqayıt səfərinə qədər bitə də bilər. Üstəlik, evdə "Qarabağ"ı da udan Abasovun komandası "dənizçilər"i doğma publika önündə qəbul edəcək. Yeganə çətin duel "Sabah"la "ölüm-qalım" savaşı olacaq.
XXXIII. "Kəpəz" - "Sumqayıt"
XXXIV. "Sumqayıt" - "Səbail"
XXXV. "Sabah" - "Sumqayıt"
XXXVI. "Sumqayıt" - "Qəbələ"

Çempiondan vitse-çempionadək
"Neftçi" üçüncü sırada qərarlaşsa da, son matçların təqvimi yaxşı heç nə vəd etmir. Həm köhnə, həm yeni çempion "Qarabağ"la səfər dueli "ağ-qaralar"ı bir neçə addım geri ata bilər. Üstəlik, çempionlar başlayan dörd oyunluq finiş hissəsi son vitse-çempionla görüşlə tamamlanacaq. "Sabah" isə son vaxtlar "Neftçi" üçün heç də asan rəqib sayılmır. Düzdür, bu iki çətin sınağın ortasında Miodraq Bojoviçin yetirmələrinin "Kəpəz"lə ev, "Səbail"lə səfər qarşılaşması da olacaq. Amma 6 xalın göründüyü bu görüşlərdəki qazanc nəinki gümüş, hətta bürünc üçün də yetərli olmaya bilər.
XXXIII. "Qarabağ" - "Neftçi"
XXXIV. "Neftçi" - "Kəpəz"
XXXV. "Səbail" - "Neftçi"
XXXVI. "Neftçi" - "Sabah"

Yollarla əyani, rəqiblərlə əyani mübarizə
"Zirə"nin özündən öndəki "Sumqayıt" və "Neftçi" ilə oyunu qalmadığından "üçlük"də yer almaq üçün onların büdrəməsini gözləməlidir. Təbii ki, Rəşad Sadıqovun yetirmələrinin özü də mümkün qədər xal toplamalıdır. Amma rəqiblərdən biri çempion "Qarabağ"dır. Ağdam klubunun mövsümdə ikinci dəfə qəsəbə təmsilçisinə uduzacağı real görünməsə də, bakılıların başqa yolu yoxdur. Mövsümə "Səbail"lə ev görüşü ilə yekun vuracaq Zirənin eyniadlı təmsilçisini iki Qərb səfəri gözləyir. "Turan Tovuz" və "Kəpəz" məğlub edilməsi mümkün olan rəqiblər sayılsa da, səfərlər komandanın ümumi finişinə təsir edə bilər.
XXXIII. "Turan Tovuz" - "Zirə"
XXXIV. "Zirə" - "Qarabağ"
XXXV. "Kəpəz" - "Zirə"
XXXVI. "Zirə" - "Səbail"

Möhtəşəm finiş arzusunda
"Sabah" üçün finiş tam fərqli keçəcək. Bakılılar öncə "Araz-Naxçıvan" və "Qəbələ" ilə üz-üzə gələcək ki, Krunoslav Randuliçin yetirmələrinin xal itirməsi onlara baha başa gələ bilər. Son iki tur isə "Sabah" üçün Avropa qiymətində olacaq. Mükafat və avrokubok mübarizəsindəki rəqiblərdən ikisi ilə ardıcıl duellər bütün suallara aydınlıq gətirəcək.
XXXIII. "Araz-Naxçıvan" - "Sabah"
XXXIV. "Qəbələ" - "Sabah"
XXXV. "Sabah" - "Sumqayıt"
XXXVI. "Neftçi" - "Sabah"

Möcüzə axtaranlar
Daha iki komanda mükafatçılar sırasına düşmək və avrokuboklarda oynamaq şanslarını qoruyur. Hərəyə 42 xalı olan "Turan Tovuz"la "Səbail"in böyük fərqi aradan qaldırması real hesab edilmir. Onların 2-3-cü yerlərdən 8, 4-5-ci yerlərdən 7 xal geridə qərarlaşması belə düşünməyə əsas verir. Finişə 4 tur qalmış bir komandayla fərqi aradan qaldırmaq bəlkə də mümkün sayılardı. Amma eyni vaxtda 3-4 rəqibin ardıcıl xal itkilərinə ümid etməyə də dəyməz.

Qeyd edək ki, mövsümə mayın 26-da yekun vurulacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Oxşar xəbərlər