top
İdman həkimi: Futbolda zədə riskini sıfıra endirmək mümkün deyil Idman.biz
Bu gün, 12:58
- ↺ +

İdman həkimi: Futbolda zədə riskini sıfıra endirmək mümkün deyil

"İdmanda zədələr yaranma səbəbinə görə iki cür olur: təmas və qeyri-təmas nəticəsində yaranan zədələr".

Bunu idman həkimi Fərid Səlimov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Son vaxtlar futbol meydanlarında oyunçuların qəfil huşunu itirməsi, ürək dayanması və hətta ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bunun əsas səbəbləri nələrdir? Bu halların artmasının tibbi baxımdan izahı varmı?

- Təəssüf ki, son zamanlar futbolda və digər idman növlərində məşqlərin əvvəlki dövrlərlə müqayisədə ağırlaşması, oyun tempinin artması və daha intensiv xarakter alması, bununla yanaşı, qida əlavələrinin və xüsusi dərmanların nəzarətsiz istifadəsi ürəyin yüklənməsinə səbəb olur. Bunlar da öz növbəsində qəfil ürək dayanması riskini artırır.

- Baş verən hadisələr futbolçuların həddindən artıq fiziki yüklənməsi məsələsini yenidən gündəmə gətirir. Peşəkar futbolçuların orqanizmi bu qədər gərginliyə nə dərəcədə davamlıdır?

- Bəli, düzgün vurğulayırsınız. Məşq yükünün artması bədənin tükənməsinə gətirib çıxarır. Bu məqamda bərpa prosesinə ciddi nəzarət edilməlidir. Bərpa dedikdə yalnız fiziki bərpa nəzərdə tutulmur. Eyni zamanda psixoloji vəziyyətin və yuxu rejiminin qaydasına salınması da çox vacibdir. Unutmaq olmaz ki, yaş artdıqca insanın özünü bərpaetmə funksiyası azalır. İstənilən 25 yaşlı idmançı 18 yaşındakı kimi tez bərpa oluna bilmir. Bu baxımdan peşəkar idmanda həm fiziki, həm də psixoloji baxımdan yüklənmə ilə bərpa arasında balansı qorumaq çox vacibdir. İdman həkimi olaraq deyə bilərəm ki, nə qədər tibbi yanaşma tətbiq edilsə də, yuxunun yerini heç nə verə bilməz. Nəzərə alsaq ki, peşəkar idmanda xarici ölkələrə səfərlər də olur və bu səfərlər fərqli saat qurşaqlarında həyata keçirilir, yaranan saat fərqini (jet lag) də nəzərə alaraq xüsusi yanaşma tətbiq etmək lazımdır.

- İspaniyanın İkinci Liqasında futbolçuların toqquşması nəticəsində ölüm hadisəsinin baş verməsi xüsusilə diqqət çəkdi. Meydanda adi görünən bir toqquşma hansı hallarda insan həyatı üçün təhlükəli ola bilər?

- İdmanda zədələr yaranma səbəbinə görə iki cür olur: təmas və qeyri-təmas nəticəsində yaranan zədələr. Qeyri-təmas zədələri əsasən yüklənmə nəticəsində meydana gəlir. Bunların qarşısını xüsusi testlər keçirməklə və bərpa prosesinə diqqət yetirməklə qismən almaq mümkündür. Təmas zədələrinin profilaktikası isə daha çətindir. Diqqət etmisinizsə, müəyyən müddətdən bir oyun qaydaları daha da sərtləşdirilir, idman geyimləri yenilənir. Bütün bunlar, təbii ki, mümkün təmas zədəsi zamanı itkiləri və zədənin ağırlığını minimuma endirməyə xidmət edir. Lakin heç bir profilaktik tədbir mümkün itki və zədə riskini hələ də sıfıra endirə bilmir. Unutmaq olmaz ki, peşəkar idman, təəssüf ki, sağlam idman demək deyil.

- Peşəkar futbolçular mövsüm ərzində çox sıx qrafikdə çıxış edirlər. Oyunların, məşqlərin və səfərlərin çoxluğu ürək-damar sisteminə və ümumi sağlamlığa hansı riskləri yaradır?

- Bəli, düzgün vurğulayırsınız. Futbol aktivlik və cəldlik tələb edən idman növü olduğu üçün, müasir futbol isə daha çox dinamika və dəqiqlik tələb etdiyindən mövsüm çox gərgin keçir. Təbii ki, bu, bədənə, eyni zamanda ürək-damar sisteminə əlavə yük yaradır. Ona görə də hər mövsüm başlamazdan əvvəl xüsusi ürək testləri keçirilir, ürəyin sağlamlığına nəzarət edilir. Əgər bu testlər nəticəsində hər hansı problem aşkarlanarsa, idmançının sağlamlığı naminə hətta karyerasını dayandırması məsələsi də müzakirə olunur. Şəxsən öz praktikamda bir neçə dəfə belə hallarla rastlaşmışam. Ən çox rast gəlinən problemlər arasında ürək qapaqlarının çatışmazlığı, ürək divarlarının genişlənməsi, aritmiyalar, varikoz problemləri, qəfil ürək dayanması və digər ürək-damar xəstəliklərini misal göstərmək olar.

- Futbol meydanında futbolçunun huşunu itirdiyi an ilk 2-3 dəqiqə nə dərəcədə həlledicidir? Həmin vaxt hansı tibbi müdaxilələr həyata keçirilməlidir?

- İlk yardım zamanı həyati göstəricilər kimi əsas üç meyar qiymətləndirilir: huş, nəfəs və nəbz. Əgər idmançıda nəbz aşkar edilmirsə, bu, vəziyyəti daha da ağırlaşdırır. Bu baxımdan huşunu itirmiş istənilən idmançı və ya şəxs üçün ilk 2-3 dəqiqə çox vacibdir. Əgər nəbz aşkarlanmırsa, ilk görülməli iş dərhal ürəyin qapalı masajına başlamaq, AED (avtomatik xarici defibrilyator) gətirmək və kardioloji təcili yardım briqadasını çağırmaqdır. Sevindirici haldır ki, artıq Azərbaycan Premyer Liqası komandalarının, demək olar ki, hamısında AED mövcuddur. Beynəlxalq praktikada AED-nin olması və nəbzin olmadığı müəyyən edilən kimi, ilk 2-3 dəqiqə ərzində tətbiq edilməsi qəfil ürək dayanmasından sonra ölüm hallarını nəzərəçarpacaq dərəcədə azaldıb. Unutmaq olmaz ki, istənilən ilkin yardım proseduru vərdiş tələb edir. Buna görə də hər altı aydan bir test və ya praktiki məşğələlər keçirmək lazımdır ki, böhran və ya təcili vəziyyət zamanı səhvə yol vermək ehtimalı azalsın. Statistika da göstərir ki, ölüm hallarının çoxu səhv yardımın nəticəsində baş verir.

- Futbolçuların özləri hansı əlamətlərə xüsusi diqqət yetirməlidir? Məsələn, sinə ağrısı, ürəkdöyünmə, başgicəllənmə və nəfəs darlığı hansı hallarda ciddi təhlükənin xəbərçisi ola bilər?

- Bəli, ola bilər. Demək, hər bir futbolçu ilk növbədə öz bədənini tanımalıdır. Fərqinə varmalıdır ki, bu gün özünü necə hiss edir. Əgər daha az yüklənmə zamanı ürək döyüntüləri əvvəlkindən çoxdursa, deməli, nəsə qaydasında deyil. Yorğunluq faktoru ilə ürək döyüntülərinin artması arasında da əlaqə var. Əgər daha yüngül fiziki yük zamanı ürək döyüntüləri artırsa və yorğunluq çoxdursa, bu da xəbərdaredici məqamdır. Mövsüm ərzində qan analizləri aparılmalı, ürək müayinələri (çekaplar) edilməlidir ki, mümkün problemləri vaxtında aşkarlayaq, riskləri maksimum dərəcədə azaldaq.

- Futbolçunun baş nahiyəsindən aldığı zədədən sonra özünü yaxşı hiss etməsi təhlükənin sovuşduğu anlamına gəlirmi? Beyin silkələnməsinin gecikmiş fəsadları ola bilər?

- Hər hansı sərt toqquşmadan sonra kəllə-beyin travması və beyin silkələnməsi mütləq istisna edilməməlidir. Xüsusi testlərlə bunu yoxlamaq mümkündür. Qusma, başgicəllənmə, gözünün qarşısında qarışqaların gəzməsi hissi və digər əlamətlərin olub-olmaması qiymətləndirilməlidir. Bu əlamətlərin olmaması o demək deyil ki, sonradan problem yaranmayacaq. Bu baxımdan həkim olaraq məsləhət görürük ki, sərt baş zərbəsindən sonra bir müddət müşahidə aparılsın, idmançıya fasilə verilsin. Daha sonra heç bir problem və ya simptom müşahidə edilməzsə, aktivliyini davam etdirə bilər. Etiraf edim ki, dediklərimi normal həyatda tətbiq etmək çətin olur. Ya məşqçi idmançıya təzyiq göstərərək oyuna davam etməsini istəyir, ya da futbolçunun özü meydana qayıtmağa can atır. Buna görə də maarifləndirmə və komanda həkiminin kollektiv daxilində əlaqələri düzgün qurması çox vacibdir.

- Son olaraq, futbol meydanlarında belə faciələrin yaşanmaması üçün klublara, məşqçilərə, futbolçulara və idman ictimaiyyətinə əsas tövsiyələriniz nələrdir?

- Maariflənmə, maariflənmə, maariflənmə! AED-lərin əlçatan olması və onlardan istifadə qaydalarına hakim olmaq, mütəmadi olaraq ACLS və ya digər kursların təşviq edilməsi, kardioloji müayinələrin tətbiqi, bərpa prosesinə xüsusi diqqətin artırılması çox vacibdir. Ola bilsin ki, bu tədbirlər müəyyən qədər xərc tələb edir. Statistik baxımdan onlardan az istifadə oluna bilər. Bu, avtomobillərdə təhlükəsizlik kəmərinin olmasına bənzəyir. Kəmər taxaraq qəzaya düşən şəxslərin sağ qalmaq şansı daha yüksəkdir. Hadisə bir dəfə baş verir. Biz də buna hazır olmalıyıq. İnsan həyatı vacibdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:00

Braziliyada qadın U-20 futbol matçında kütləvi dava

Futbol
Bu gün, 13:00

Şamaxının baş məşqçisi Bağırov: Nüanslar xallar qazanmağa kömək edir

Futbol
Bu gün, 12:43

Santyaqo Bernabeu Real Madriddə 363 Milyon Avro Gəlir Qazanır

Futbol
Bu gün, 12:28

Azərbaycanın Cəbəllütariqə qarşı Malta məğlub etməsi AVRO-2028 üçün nə deməkdir

Futbol
Bu gün, 12:23

Viktor Dyökereş Millətlər Liqasında ardıcıl 8 oyunda qol vuraraq tarixi rekora imza atdı və Ronaldo ilə Mitroviçi gerildə qoydu

Gimnastika
Bu gün, 12:23

Bakıda 4-6 dekabr tarixində Qış nağılı beynəlxalq gimnastika turniri keçiriləcək

Futbol
Bu gün, 12:20

Maurisio Poçettino Bastian Oçipka’yı qış transferində Manchester Uniteddə görmək istəyir

Futbol
Bu gün, 12:13

Poçettino Juventusdan Veston Makkenni Transfer Etməyi Planlaşdırır

Futbol
Bu gün, 12:00

Azərbaycan İkinci Liqası 11-ci turda bu gün 3 oyuna başlayacaq

Futbol
Bu gün, 12:00

Vidadi Rzayev: "Hazırda millidə Emin Mahmudov səviyyəsində oyunçu görmürəm"

Futbol
Bu gün, 11:58

Klopp, İnfantinonun tənqidini bildirdi: Blatterdən sonra vəziyyət pisləşə bilər

Cüdo
Bu gün, 11:50

Zaqreb Qran-prisində qızıl medal qazanan cüdoçu Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır"

Tennis
Bu gün, 11:44

Mirra Andreyeva WTA Yekun Turnirinin çempionu oldu və 22 il sonra Mariya Şarapovanın uğurunu təkrarladı

Futbol
Bu gün, 11:40

Silviya Tua, Manchester United kişilər komandasının məşqçilər korpusuna ilk qadın köməkçi olacaq

Futbol
Bu gün, 11:20

Portuqaliya sabiq baş məşqçisi Roberto Martinez Səudiyyə Ərəbistanı yığmasının məşqçiliyi üçün namizəddir

Futbol
Bu gün, 11:14

Portuqaliya məşqçisi Jorje Jezuş Ronaldo sualına əsəbi cavab verdi

Futbol
Bu gün, 11:00

Elhad Nəziri: Yoldaşlıq oyunu ilə hazırlıq, Rəqibin kimliyi önəm daşımır

Digər
Bu gün, 10:44

Bakıda 'Türk Dünyası 2026' Beynəlxalq İdman Rəqsləri Müsabiqəsi Gerçəkləşdi

Futbol
Bu gün, 10:40

Lixtenşteynli mütəxəssis Mario Frik, Şotlandiya klubunun yeni baş məşqçisi oldu

Voleybol
Bu gün, 10:29

Qadın Voleybol Super Liqasında Murov Az Terminal və Turan komandaları üz-üzə gəlir

Futbol
Bu gün, 10:16

Luka Modriç milli komandada oyun sayını Lionel Messi ilə bərabərləşdirdi;

Futbol
Bu gün, 10:14

Adani: Belçikaya məğlubiyyət İtaliya millisini reallığa qaytardı

Futbol
Bu gün, 10:00

Malyariya xəstəliyindən sağ qalaraq Çempionlar Liqasının ilk qolunu vuran Orfe Mbina’nın hekayəsi

Oxşar xəbərlər