AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub. Sport24.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Toplantı iyunun 3-də AFFA-nın inzibati binasında keçiriləcək. İslas saat 10:00-da başlayacaq.
İclasın gündəliyində 5 əsas məsələ yer alıb. Komitə digər məsələləri də nəzərdən keçirəcək.
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. "Qəbələ" İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.