"Karvan-Yevlax" yarımmüdafiəçisi İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.