Millinin yarımmüdafiəçisi Coşqun Diniyev Azərbaycana qayıtmaq imkanı əldə edib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, 29 yaşlı orta sahə oyunçusu Premyer Liqanın 3 klubunun maraq dairəsindədir.
"Sabah" 2019-2021-ci illərdə xidmətindən yararlandığı keçmiş futbolçusunu geri qaytarmağa həvəs göstərir.
Həmçinin "Neftçi" və "Turan Tovuz" onun şərtlərini gözdən keçirir.
Yığmanın sabiq baş məşqçisi Şahin Diniyevin içik oğlu 2023-cü ilin yayından etibarən Türkiyədə legioner həyatı yaşayır.
O, bu müddətdə 3 komanda dəyişib: "Ümraniyespor" və "Bandırmaspor"un şərəfini qoruyub. Diniyev cari ilin əvvəlində ilyarımlıq müqavilə imzaladığı "Corum"dan isə bugünlərdə ayrılıb və hazırda azad agent statusu daşıyır.
İdman.biz