Bu gün Mahir Emreli "Kayzerslautern"in heyətində rəsmi oyunda debüt edə bilər.
İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası II Bundesliqada yeni mövsümə start verir.
"Kayzerslautern" Bakı vaxtı ilə saat 15:30-da başlayacaq qarşılaşmada "Hannover"in qonağı olacaq.
Qeyd edək ki, "Kayzerslautern" ötən mövsüm II Bundesliqada 7-ci yeri tutub.
İdman.biz