Madrid "Atletiko"su "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə Sport.es portal məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı ispaniyalı meydanın mərkəzində yüksək rəqabət olduğundan, stabil oynamaq istədiyi komandanın formasını geyinmək istəyir.
Qeyd edək ki, Kasado 2024/25 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 36 matça çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.