top
Hillsborough faciəsi: Dövlət səhvləri, illərlə ört-basdır və ədalət axtarışı Idman.biz
15 aprel 2026, 16:15
- ↺ +

Hillsborough faciəsi: Dövlət səhvləri, illərlə ört-basdır və ədalət axtarışı

15 aprel 1989-cu ildə İngiltərənin Şeffild şəhərindəki "Hillsborough" stadionunda keçirilən İngiltərə Kubokunun yarımfinalı - "Liverpul" ilə "Nottingem Forest" arasındakı oyun bir idman tədbirindən çox, dövlət qurumlarının səhvləri, illərlə davam edən ört-basdır cəhdləri və ədalət axtarışının simvoluna çevrildi. Həmin gün "Leppings Lane" tribunasında baş verən kütləvi sıxlıq nəticəsində əvvəlcə 96 azarkeşin öldüyü bildirildi. Lakin 2021-ci ildə Endryu Devinin həmin gün aldığı xəsarətlər nəticəsində həyatını itirdiyi rəsmən təsdiqləndi və qurbanların sayı 97-yə çatdı.

İdman.Biz xəbər verir ki, faciənin baş verdiyi gün əsas problem stadionun "Liverpul" azarkeşlərinə ayrılmış hissəsində nəzarətin çökməsi idi. Rəsmi araşdırmalarda əsas səbəb kimi azarkeşlərin davranışı yox, polis nəzarətinin uğursuzluğu, turniketlərin yetərsizliyi, tribunadakı təhlükəsizlik baryerlərinin qüsurları və artıq dolmuş mərkəzi sektorlara insanların yönləndirilməsi göstərilir.

2012-ci ildə Böyük Britaniya parlamentində səsləndirilən rəsmi bəyanatda Devid Kameron (Böyük Britaniyanın keçmiş baş naziri. 2010-2016-cı illərdə Mühafizəkarlar Partiyasının lideri kimi hökumətə rəhbərlik edib) Lord Teylorun ("Baron Taylor of Gosforth" titulunu almış britaniyalı hakim) araşdırmasının başlıca nəticəsini xatırladaraq faciənin əsas səbəbini "polis nəzarətinin uğursuzluğu" kimi təqdim etdi.

Bu hadisə ictimaiyyətə illərlə yanlış təqdim edildi. Faciədən dərhal sonra bəzi media qurumlarında, xüsusilə də "The Sun" qəzetində, azarkeşlərin sərxoş olduğu, zorakılıq etdiyi və hadisəyə özlərinin səbəb olduğu barədə iddialar yayıldı. Sonradan həm parlament müzakirələrində, həm də "Hillsborough Independent Panel"in hesabatında göstərildi ki, bu narrativ polis və digər rəsmilərin yaydığı saxta və ya təhrif olunmuş məlumatlarla gücləndirilib. 2012-ci ildə açıqlanan materiallar göstərdi ki, polis ifadələrində geniş dəyişikliklər edilib, 164 ifadə əhəmiyyətli şəkildə redaktə olunub, 116 ifadədən isə polis əməliyyatını tənqid edən qeydlər çıxarılıb.

Məhz buna görə "Hillsborough" yalnız stadion faciəsi deyil, həm də həqiqətin gecikdirilməsi tarixidir. 2012-ci il "Hillsborough Independent Panel" hesabatı azarkeşlərin faciəyə səbəb olmadığı qənaətini açıq şəkildə ortaya qoydu və ailələrin illərlə dediyi çox şeyi sənədlərlə təsdiqlədi. Həmin sənədlər həm də təcili yardım və xilasetmə cavabında ciddi problemlər olduğunu, daha çevik və düzgün müdaxilənin bəzi həyatları xilas edə biləcəyini göstərdi.

2016-cı ildə yenilənmiş inquest qərarı hüquqi baxımdan dönüş nöqtəsi oldu. Məhkəmə andlıları qurbanların "qanunsuz şəkildə öldürüldüyü" qərarına gəldilər və əvvəlki "təsadüfi ölüm" hökmünü ləğv etdilər. Qərarda azarkeşlərin hadisəyə səbəb olmadığı da qeyd olundu. Bu nəticə ailələr üçün mənəvi qələbə olsa da, hüquqi məsuliyyət məsələsi tam həll olunmadı.

Sonrakı cinayət və intizam prosesləri isə gözlənilən miqyasda nəticə vermədi. IOPC-nin ("Independent Office for Police Conduct" - Polis Davranışına Nəzarət üzrə Müstəqil İdarə) yekun məlumatına görə, 2017-ci ildə altı nəfərə qarşı ittiham irəli sürülüb. Oyun günü əməliyyata rəhbərlik edən Devid Dakenfild kobud səhlənkarlıqla adamöldürmə ittihamı ilə mühakimə olunsa da, 2019-cu ildə bəraət aldı. "Sheffield Wednesday" klubunun təhlükəsizlik üzrə məsul şəxsi Qrem Makrell isə təhlükəsizlik qaydaları ilə bağlı pozuntuya görə cərimələndi. Digər bəzi işlər isə sonradan dayandırıldı və ya məhkəmə tərəfindən rədd edildi.

Bununla belə, "Hillsborough"un futbol tarixindəki təsiri çox böyük oldu. Lord Teylorun yekun tövsiyələri arasında tam oturacaqlı tribunalar məsələsi xüsusi yer tuturdu və faciə İngiltərədə stadion təhlükəsizliyi standartlarının köklü şəkildə dəyişməsini sürətləndirdi. Bu hadisədən sonra futbolun təşkilinə, tribunaların planlanmasına və kütlə idarəçiliyinə yanaşma əvvəlki kimi qalmadı.

Bu gün "Hillsborough" xatırlananda söhbət təkcə 1989-cu ilin bir oyununun yarımçıq qalmasından getmir. Söhbət 97 insanın ölümündən, ailələrin onillərlə davam edən ədalət mübarizəsindən və dövlətin, medianın, hüquq sisteminin böhran anında necə davrandığını göstərən dərsdən gedir. Futbol tarixində az hadisə var ki, bu qədər uzun müddət ərzində həm kollektiv yaddaşı, həm də hüquqi-mənəvi müstəvini bu dərəcədə dəyişsin.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Oxşar xəbərlər