Fransada polis iğtişaşlara görə 326 futbol azarkeşini həbs edib. Sport24.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Ötən gün baş tutan və PSJ-nin (1:1, penaltilərdə 4:3) qələbəsi başa çatan Çempionlar Liqasının finalındandan sonra azarkeşlər küçələrə axışıb. Paris klubunun fanatları komandalarının "Arsenal" üzərində qələbəsini qeyd edərkən atəşfəşanlığa görə polislə insident yaşayıblar. Bu üzdən asayiş keşikçiləri 300-dən artıq azarkeşi saxlayıb.
Qeyd edək ki, təkcə Paris metropoliten ərazisində 235 nəfər gözaltına alınıb.