"Nitsa"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın "sükanı" Frank Heizə tapşırılıb. 53 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Florian Mauris isə yeni idman direktoru təyin olunub.
Qeyd edək ki, "Nitsa" son mövsümdə Liqa 1-də 5-ci olub.