"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 2026-cı ilin "Qızıl top" mükafatının nəticələrini şərh edib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis "Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keynin qalib gəlməyə layiq olduğunu bildirib.
"Harri Keyn də ‘Qızıl top"a layiq idi. Amma Lamin Yamal haqqında fikrimi artıq bilirsiniz. O, məşqlərdə böyük diqqət və konsentrasiya nümayiş etdirir. Çempionlar məhz belə reaksiya verirlər. Onun mentaliteti komandamız üçün çox faydalıdır", - deyə Flik "Barselona"nın mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, 2026-cı ilin "Qızıl top" mükafatını Harri Keyn qazanıb. Səsvermədə "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe ikinci, "Barselona"nın 19 yaşlı futbolçusu Lamin Yamal isə üçüncü yeri tutub.