top
Firuz Abdulla Səbailin oyunları, ikinci yer və sponsor axtarışı barədə danışdı Idman.biz
24 aprel 2026, 13:39
- ↺ +

Firuz Abdulla "Səbail"in oyunları, ikinci yer və sponsor axtarışı barədə danışdı

"Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur".

Bunu "Səbail" klubunun icraçı direktoru Firuz Abdulla sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Difai"ni böyük hesabla məğlub etdiz. Hesabın bu cür olacağını gözləyirdiz?

- Vacib olan qələbədir. Əgər vurulan və ya buraxılan topların fərqi mərhələ adlamaq, yaxud turnir cədvəlində mövqeni yaxşılaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb etmirsə, 3 xalı gətirən istənilən hesab məqbuldur. Əlbəttə, böyükhesablı qələbə daha çox emosiya bəxş edir. Ən azı, ona görə ki, bir deyil, bir neçə qola sevinirsən. Belə hesabı gözləməyə gəlincə, o cür bərbad or örtüyündə gözləntilərdən daha yüksək nəticə olduğunu səmimi etiraf etməliyəm. Çətin şərtlər altında qələbə qazanan futbolçularımıza hər şeydən öncə fədakarlıqlarına görə təşəkkür edirəm.

- Əsas rəqibləriniz uduzdu, ikinci pilləyə yüksəldiz. Mövsümün sonuna kimi ən azı bu nəticəni qoruyub saxlayacağınıza inanırsız?

- İnanmamaq üçün əsas görmürəm. Marafonun sonuna çox az qalıb. Etiraf etməliyik ki, geridə qalan tur bizim üçün bir çox meyarlar baxımından uğurlu oldu. Həm inamlı qələbə qazandıq, həm də turnir cədvəlində bizdən daha yuxarı pillədə yer alan rəqiblərimiz məğlub oldu. İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu yetərli deyil. Maksimum konsentrasiya və hər oyuna "son qarşılaşma" prinsipi ilə yanaşmaq lazımdır. Yalnız bu halda nəticə əldə etmək mümkündür.

- Mövsümü ikinci yerdə bitirəcəyiniz halda elitanın 11-ci komandası ilə pley-off oyanayacaqsız. İndiki "Səbail" bu səddi keçmək iqtidarındadır?

- Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur. İstənilən komanda ilə oyunda ən az ehtimal olunan nəticə əldə etmək olar - həm mənfi, həm də müsbət mənada. Amma hazırkı vəziyyətdə, iştirakçısı olacağımız tam yəqinləşməmiş bir oyundakı məchul rəqibimizi məğlub edib-etməyəcəyimizlə bağlı sualın cavabında dəqiq proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm.

- Atalar "Şər deməsən, xeyir gəlməz" deyiblər. Elitaya vəsiqə qazana bilməsəz, Adil Şükürovla yolları ayıracaqsız, yoxsa...

- Adil Şükürovun fəaliyyəti bizi tam olaraq qane edir, hər hansı başqa variant barədə düşünməyi belə, düşünmürük.

- "Bayıl Arena" cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq. Ev oyunlarınızı harda keçirməyi düşünürsüz?

"Bayıl Arena"dan istifadə ilə bağlı mövsümün sonuna qədər AFFA və "Səbail" arasında müqavilə var. Müqavilə başa çatdıqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Klubumuz 10 ildir ki, bu stadionda məşq və oyunlarını keçirir, ümidvaram ki, gələcəkdə də bununla bağlı hər hansı çətinliklə üzləşməyəcəyik. Təmir işlərinin operativ şəkildə yekunlaşacağına və növbəti mövsümün startına qədər stadionun istifadəyə hazır olacağına ümid edirəm.

- Mətbuatda kluba yeni sponsorun gələcəyi haqda məlumatlar dolaşır. Bu, nə dərəcədə doğru məlumatdır?

- Kluba sponsorun cəlb olunması ilə bağlı müxtəlif istiqamətlərdə çalışırıq. Təəssüf ki, bu günə qədər konkret nəticə əldə olunmayıb. Təbii ki, sponsorla anlaşacağımız təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər