top
Firuz Abdulla: Gələcəklə bağlı dəqiq proqnoz verə bilmərəm Sport24.az
24 aprel 2026, 12:00
- +

Firuz Abdulla: "Gələcəklə bağlı dəqiq proqnoz verə bilmərəm"

"Səbail" klubunun icraçı direktoru Firuz Abdulla Sport24.az-a müsahibə verib.


- "Difai"ni böyük hesabla məğlub etdiz. Hesabın bu cür olacağını gözləyirdiz?
- Vacib olan qələbədir. Əgər vurulan və ya buraxılan topların fərqi mərhələ adlamaq, yaxud turnir cədvəlində mövqeni yaxşılaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb etmirsə, 3 xalı gətirən istənilən hesab məqbuldur. Əlbəttə, böyükhesablı qələbə daha çox emosiya bəxş edir. Ən azı, ona görə ki, bir deyil, bir neçə qola sevinirsən. Belə hesabı gözləməyə gəlincə, o cür bərbad or örtüyündə gözləntilərdən daha yüksək nəticə olduğunu səmimi etiraf etməliyəm. Çətin şərtlər altında qələbə qazanan futbolçularımıza hər şeydən öncə fədakarlıqlarına görə təşəkkür edirəm.

 

- Əsas rəqibləriniz uduzdu, ikinci pilləyə yüksəldiz. Mövsümün sonuna kimi ən azı bu nəticəni qoruyub saxlayacağınıza inanırsız?
- İnanmamaq üçün əsas görmürəm. Marafonun sonuna çox az qalıb. Etiraf etməliyik ki, geridə qalan tur bizim üçün bir çox meyarlar baxımından uğurlu oldu. Həm inamlı qələbə qazandıq, həm də turnir cədvəlində bizdən daha yuxarı pillədə yer alan rəqiblərimiz məğlub oldu. İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu yetərli deyil. Maksimum konsentrasiya və hər oyuna "son qarşılaşma" prinsipi ilə yanaşmaq lazımdır. Yalnız bu halda nəticə əldə etmək mümkündür.

 

- Mövsümü ikinci yerdə bitirəcəyiniz halda elitanın 11-ci komandası ilə pley-off oyanayacaqsız.  İndiki "Səbail" bu səddi keçmək iqtidarındadır?
- Futbolda qalib gələ bilməyəcəyin və məğlub olmaq ehtimalını sıfıra bərabər tutacağın rəqib olmur. İstənilən komanda ilə oyunda ən az ehtimal olunan nəticə əldə etmək olar - həm mənfi, həm də müsbət mənada. Amma hazırkı vəziyyətdə, iştirakçısı olacağımız tam yəqinləşməmiş bir oyundakı məchul rəqibimizi məğlub edib-etməyəcəyimizlə bağlı sualın cavabında dəqiq proqnoz verəcək qədər fövqəladə istedad sahibi deyiləm.

 

- Atalar "Şər deməsən, xeyir gəlməz" deyiblər. Elitaya vəsiqə qazana bilməsəz, Adil Şükürovla yolları ayıracaqsız, yoxsa...
- Adil Şükürovun fəaliyyəti bizi tam olaraq qane edir, hər hansı başqa variant barədə düşünməyi belə, düşünmürük.


- "Bayıl Arena" cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq. Ev oyunlarınızı harda keçirməyi düşünürsüz?

"Bayıl Arena"dan istifadə ilə bağlı mövsümün sonuna qədər AFFA və "Səbail" arasında müqavilə var. Müqavilə başa çatdıqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Klubumuz10 ildir ki, bu stadionda məşq və oyunlarını keçirir, ümidvaram ki, gələcəkdə də bununla bağlı hər hansı çətinliklə üzləşməyəcəyik. Təmir işlərinin operativ şəkildə yekunlaşacağına və növbəti mövsümün startına qədər stadionun istifadəyə hazır olacağına ümid edirəm.


- Mətbuatda kluba yeni sponsorun gələcəyi haqda məlumatlar dolaşır. Bu, nə dərəcədə doğru məlumatdır?

- Kluba sponsorun cəlb olunması ilə bağlı müxtəlif istiqamətlərdə çalışırıq. Təəssüf ki, bu günə qədər konkret nəticə əldə olunmayıb. Təbii ki, sponsorla anlaşacağımız təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 20:27

Sumqayıt Qətər klubu ilə heç-heçə etdi

Futbol
Bu gün, 19:58

Real franko Mastantuononu icarəyə verdi

Futbol
Bu gün, 19:40

Franko Mastantuono „Fiorentina“ya icarəyə keçib

Futbol
Bu gün, 19:36

Franko Mastantuono "Fiorentina"ya keçib

Cüdo
Bu gün, 19:28

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevə ağır itki

Digər
Bu gün, 19:20

Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başladı

Futbol
Bu gün, 19:04

Milan klubu 2026/27 mövsümü üçün üçüncü formasını təqdim edib

Futbol
Bu gün, 18:48

Monako Romelu Lukakuya maraqlanır

Futbol
Bu gün, 18:31

Bavariya "Aston Villa"nı yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 18:16

Yuri Vernidub “Neftçi TV”yə geniş müsahibə verdi

Basketbol
Bu gün, 18:10

„LANDAU Lions“ klubuna yeni legioner

Futbol
Bu gün, 17:59

Rodriqo fiziki cəhətdən dəyişib - Mourinyonun “Real”ına hazırlaşır

Futbol
Bu gün, 17:51

PSJ Ferran Torresə müqavilə təklifi göndərib

Futbol
Bu gün, 17:40

Aston Villa Matteo Rudjerini transfer edib

Digər
Bu gün, 17:20

"Zirə" ilə Namik Ələskərov yollarını ayırıb

Digər
Bu gün, 17:00

Səbail klubu 5 legioner ilə müqavilə bağladı

Tennis
Bu gün, 16:54

Azərbaycan yeniyetmə stolüstü tennisçiləri Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər

Futbol
Bu gün, 16:40

Çelsi Pep Çavarriyanı Transfer Edib

Futbol
Bu gün, 16:39

"Səbail" Qubaya köçüb, yeni stadion tikəcək

Digər
Bu gün, 16:24

Azərbaycan və İran arasında gənclər və idman sahəsində əməkdaşlıq barədə razılaşma imzalanıb

Futbol
Bu gün, 16:18

Nəriman Axundzadə “Ərzurumspor”da

Cüdo
Bu gün, 15:40

Olimpiya çempionu Zelim Kotsoyevin ailəsində itki

Futbol
Bu gün, 15:20

Qazaxıstan millisinə yeni baş məşqçi təyin edilib

Cüdo
Bu gün, 15:04

Olimpiya çempionu Zelim Kotsoyevin ailəsində ölüm hadisəsi

Oxşar xəbərlər