Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, 2023/24 mövsümünün son matçı "Liv Bona Dea Arena"da baş tutacaq.
Premyer Liqanın iki ən yaxşı komandası titul uğrunda mübarizə aparacaq. 8-ci dəfə kuboku başı üzərinə qaldırmaq istəyində olan "Qarabağ" həm də "Qızıl dubl"a imza atmağı hədəfləyib. "Zirə" isə tarixinin ilk titulunu iki il əvvəlki finalın revanşı ilə əldə etməyə çalışacaq.
Qeyd edək ki, qarşılaşmadan öncə Aygün Kazımovanın iştirakı ilə şou proqramı təşkil olunacaq.
Azərbaycan kuboku
Final
2 iyun
20:00. "Qarabağ" – "Zirə" - 2:1
Qollar: Olavio Juninyo, 42. Abdullah Zubir, 62 - İsmayıl İbrahimli, 57
Hakim: Rəvan Həmzəzadə,
"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
"Liv Bona Dea Arena"
İdman.biz