top
Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik Idman.biz
Bu gün, 00:12
- ↺ +

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının yeddinci turunda "Qəbələ" üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının qələbəni haqq etdiyini bildirib:

"Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək üçüncü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 hesablı üstünlüklə yollandıq.

Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər. Lakin dördüncü qolu vuraraq matçı rahat bitirdik. Milli komandaların oyunları üçün yaranan fasilədə 15 gün ərzində çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam".

Kandido Nihad Əhmədzadənin daha əvvəl əvəzedici heyətə göndərilməsinin klubdaxili intizam qərarı olduğunu açıqlayıb:

"Nihad Əhmədzadənin ikinci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, adi təcrübədir: gənc futbolçular oyun təcrübəsi qazanmaları və formalarını bərpa etmələri üçün ikinci komandaya göndərilirlər. Bu gün Nihad əsas heyətə qayıtdı və oynamaq şansı qazandı".

Portuqaliyalı mütəxəssis ölkəsinin millisində Kriştianu Ronaldu ətrafında yaranan müzakirələrə də münasibət bildirib:

"Ronaldu ilə bağlı vəziyyət hazırda Portuqaliya mediasında ən çox müzakirə olunan mövzudur. Amma bu sual mənə ünvanlanmalı deyil. Əsas odur ki, millimiz Ronaldu olmadan da dörd qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridir, amma futbolda hər şey baş verə bilər".

Baş məşqçi komandasının oyununda irəliləyiş gördüyünü də vurğulayıb:

"Komandamız hər matçda daha keyfiyyətli futbol göstərir, amma hədəflədiyim ideal səviyyədən hələ uzağıq. Azərbaycanda daha böyük büdcəyə malik dörd iddialı klub var, qalan komandalar isə təxminən eyni səviyyədədir. Cümə gününə qədər vaxtımız azdır. Dərhal bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
09 oktyabr 2026, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
09 oktyabr 2026, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Oxşar xəbərlər