top
FIFA Series - 2026: Azərbaycan millisinin qələbə yolu Sport24.az
31 mart 2026, 11:00
- +

"FIFA Series - 2026": Azərbaycan millisinin qələbə yolu

Kim nə deyir-desin, rəqibləri nə qədər istəyir aşağılasın (dünya futbol ictimaiyyəti bizi də belə qəbul edir), qələbə qələbədir. Azərbaycan millisinin "FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olmaqla heç şübhəsiz ki, bizləri sevindirdi. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən turnirdə əldə olunan qalibiyyət, komandanın göstərdiyi əzmkarlıq, oyun performansı futbolsevərləri sevindirdi, komandaya itirilmiş inamı az da olsa geri qaytardı...

 

Bəli, Sent Lüsiya aşkar zəif, hətta deyərdim ki, oyun keyfiyyəti baxımından Birinci Liqanın lideri "Şəfa"dan geri qalırdı. Ancaq eyni sözləri Syerra Leone millisi barədə söyləmək, yumşaq desəm, axmaqlıq olardı. Afrika millisinin heyətində yetərincə güclü oyunçular yer almışdı. Təkcə, müqavilə ilə "Mançester Siti"yə məxsus, ancaq icarə əsasında Liqa-1-də "Nitsa"nın formasını geyinən və cari mövsümdə Fransa çempionatında 21 oyuna çıxan Juma Bahı qeyd etməyə dəyər (bizdə beləsi var?). "Transfermarkt" portalındakı məlumata görə, hazırda onun bazar dəyəri 10 milyon avrodur.

İlk oyunda, Azərbaycan millisi Sent Lüsiya yığmasını 6:1 hesabı ilə darmadağın edərək turnirə rekordla start verdi. Bu, komandanın tarixinin ən böyükhesablı qalibiytəti idi.

Azərbaycan millisinin bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San Marino üzərində qazanılıb - 5:1. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsində olub. Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.

Sent Lüsiya ilə matçda futbolçularımız adlarını tarixə yazdılar. Rəqibin zəif olmasına baxmayaraq Ayxan Abbasovun rəhbərliyi altında, hər bir oyunçu öz mövqeyində maksimum diqqət və ciddiyyətlə oynadı, bunun sayəsində tarixi nəticə gəldi. Oyun boyunca təcrübəli futbolçularla yanaşı, gənclər də şans qazandı və özlərini göstərə bildilər.

İkinci oyunda, Azərbaycan millisi Syerra Leone ilə qarşılaşdı. Bu dəfə matçın əsas vaxtı 1:1 hesabı ilə tamamlandı və qalibin müəyyənləşməsi üçün penalti seriyasına ehtiyac yarandı. Hər iki komanda bir səhvlə möhtəşəm penalti seriyası keçirdi, amma Azərbaycan yığması son dəqiqələrdə daha dəqiq çıxış edərək 9:8 hesabı ilə qalib gəldi. Bu qalibiyyət, Azərbaycan millisinin tarixində "lotereya" ilə qazanılan ilk qələbə kimi yaddaşlarda qalacaq. 

Baş məşqçi Ayxan Abbasovun ilk oyunun hər hissəsində fərqli "11-liy"ə güvənməsi, ikinci matçda çəkinmədən əvəzetmələrə əl atması xüsusi qeyd olunmalıdır. Baş məşqçi toplanışa dəvət etdiyi bütün futbolçulara şans verdi ki, bunu da alqışalayiq addım kimi dəyərləndirmək olar. Sent Lüsiya ilə ilk görüşdə bu dəyişikliklər açıq şəkildə müsbət nəticə verdi. Finalda isə rəqib daha güclü və FIFA reytinqində bizdən bir qədər irəlidə olan yığma idi. Hesabda geri düşməsinə baxmayaraq, millinin xarakter göstərib hesabı bərabərləşdirməsi və sonda meydandan qalib ayrılması müsbət haldır. Belə oyunlarda qazanılan qələbələr gələcəkdə kollektivdə özünə əminliyi artıra, psixoloji cəhətdən yaxşı mənada təsirini göstərə bilər.

Qarşıda, daha dəqiq desək, yay toplanışında millimizi San-Marino və Malta ilə keçiriləcək yoxlama oyunları gözləyir. Ümid edək ki, Abbasovun rəhbərlik etdiyi komanda uğurlu seriyanı davam etdirəcək, son iki qarşılaşmada əldə olunan qalibiyyətin təsadüf olmadığını göstərəcək. Ondan sonra isə yığma UEFA Millətlər Liqasına köklənməlidir. Əsas hədəf D Liqasından C Liqasına yüksəlməkdir. 

 

Son iki qarşılaşmada çatışmazlıqlar da yox deyildi. Sadəcə, qələbənin fonunda bu bir qədər arxa planda qaldı. Məsələn, Afrika təmsilçisi ilə görüşün ilk yarısında orta xətt zəif təsir bağışladı, top itkiləri yetərincə çox idi. Sürətli hücumlar qurmaqda çətinlik çəkirdik. Həmişəki kimi "ikinci mərtəbə"də oyun yaralı yerimiz oldu. Premyer Liqada "at oynadan" Emin Mahmudovun və Aleksey İsayevin gec qərar qəbul etməsi isə hücumların daha kəsərli alınmasına mane olurdu. Bu da rəqibin işinə yarayır, təhlükəli əks-hücumlar qurmasına imkan verirdi. Yəqin ki, ölkənin bir nömrəli komandasının məşqçilər korpusu Sent Lüsiya və Syerra Leone üzərində qələbənin eyforiyasına qapılmayıb çatışmazlıqları da aradan qaldırmaq yönündə plan quracaqlar... 


Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Dünən, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
Dünən, 20:49

İrlandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib

Basketbol
Dünən, 20:32

Tahir Baxşıyev NTD ilə müqaviləsini uzadıb

Boks
Dünən, 20:15

İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazırdır

Formula 1
Dünən, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Dünən, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Oxşar xəbərlər