Meksika prezidenti Klaudiya Şeynbaum ölkəsinin DÇ-2026-da İranın oyunlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Daha əvvəl İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac İran milli komandasının oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı danışıqların aparıldığını açıqlamışdı.
"Turnirin əvvəlcə ABŞ-da keçirilməsi planlaşdırıldığı üçün bunun mümkünlüyünü müəyyən etmək üçün FİFA ilə müzakirə edirlər.
Bu məsələ hazırda nəzərdən keçirilir və biz sizə vaxtında məlumat verəcəyik. Meksikanın dünyanın bütün ölkələri ilə əlaqələri var. Görəcəyik ki, FİFA nə qərar verəcək, sonra sizə məlumat verəcəyik
Meksika üçün (İranın oyunlarını qəbul etməkdə) problem yoxdur", - Şeynbaum deyib.
17:33
FIFA İran milli komandasının DÇ-2026-dakı oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi ilə bağlı müraciətini qəbul etməyib. Beynəlxalq qurum belə bir addımın atılmasını qeyri-mümkün hesab edir.
İdman.Biz "The Times" nəşrinə istinadla xəbər verir ki, bir müddət əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac oyunların yerinin dəyişdirilməsi üçün danışıqlar apardıqlarını bildirsə də, FIFA-da bu təklif ciddi müzakirə olunmayıb.
Qərarın əsas səbəbləri aşağıdakılardır:
Bilet satışı: Qarşıdakı oyunlar üçün biletlərin böyük hissəsi artıq satılıb.
Logistika: Oyunların yerinin dəyişdirilməsi digər iştirakçı komandaların proqramına və hazırlıq planlarına mənfi təsir göstərə bilər.
Təşkilatçılıq: Turnir cədvəlinin və məkanların dəyişdirilməsi həyata keçirilməsi qeyri-mümkün hesab olunur.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada birgə təşkil olunacaq. İran tərəfi ABŞ-la olan siyasi gərginliyi əsas gətirərək oyunların qonşu ölkəyə keçirilməsini istəyirdi.
11:51
İran Futbol Federasiyası 2026 Dünya Çempionatı çərçivəsində milli komandanın oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparır.
İdman.Biz xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tadji öz "X" hesabında yazıb.
"ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, İran millisinin təhlükəsizliyinə zəmanət verə bilməz. Bu halda, təbii ki, biz Birləşmiş Ştatlara getməyəcəyik. Hazırda İran millisinin dünya çempionatındakı oyunlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, ötən həftə Donald Tramp İran komandasının "öz həyatı və təhlükəsizliyi naminə" turnirə getməməli olduğunu vurğulayıb. 2026 Dünya Çempionatının final mərhələsi iyun-iyul aylarında keçiriləcək və ABŞ-nin 11, Meksikanın üç, Kanadanın isə iki şəhərində təşkil olunacaq.