"Barselona"nın hücumçusu Ferran Torres PSJ-yə transfer olunacaq
İdman.Biz xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Fransa klubu 26 yaşlı futbolçunun keçidi üçün təxminən 50 milyon avro ödəyəcək. Torreslə artıq dörd illik müqavilə barədə razılıq əldə olunub.
Bildirilir ki, tərəflər arasında danışıqlar bir neçə gün davam edib və transferin avqustun 12-dək rəsmiləşdirilməsi planlaşdırılır.
Ferran Torres 2022-ci ilin yanvarından "Barselona"da çıxış edir. O, Kataloniya klubu ilə İspaniyada yeddi titul qazanıb.