top
Fənərbağçanın beş futbolçusunun zədələrindən son vəziyyət Idman.biz
20 iyul 2026, 07:16
- ↺ +

Fənərbağçanın beş futbolçusunun zədələrindən son vəziyyət

Türkiyə Superliqası təmsilçisi "Fənərbağça" futbol komandasının qapıçısı Dominik Livakoviç zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz xəbər verir ki, İstanbul klubu Vedat Muriqi, Dorjeles Nene, Dieqo Karlos, Yiğit Efe Demir və Dominik Livakoviçin sağlamlıq vəziyyəti barədə rəsmi məlumat yayıb.

Klubun açıqlamasına əsasən, Vedat Muriqinin müalicəsi nəzərdə tutulduğundan daha yaxşı gedir. Hücumçu idman zalında fərdi güc məşqlərinə başlayıb və yaxın zamanda meydanda çalışması planlaşdırılır.

Yırtıq əməliyyatı keçirən Dorjeles Nene fərdi güc məşqlərini davam etdirir. Futbolçunun mərhələli şəkildə komanda məşqlərinə qoşulması nəzərdə tutulub.

Dieqo Karlos son məşqin ilk hissəsində komanda ilə birlikdə çalışıb. Müdafiəçinin yaxın zamanda məşqlərin bütün hissəsində iştirak edəcəyi gözlənilir.

Yiğit Efe Demir hazırlıq oyunlarından sonra yaranan yüngül ağrılar səbəbindən ehtiyat tədbiri olaraq fərdi proqram üzrə məşq edir.

Dominik Livakoviç isə Xorvatiya millisinin heyətində keçirdiyi son görüşdə zədələnib. Müalicəsinə başlanılan qapıçının təxminən iki-üç həftə meydana çıxa bilməyəcəyi proqnozlaşdırılır.

"Fənərbağça" bu futbolçulardan başqa komandada zədəli oyunçunun olmadığını da bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Dünən, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Dünən, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Dünən, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
26 sentyabr 2026, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
26 sentyabr 2026, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
26 sentyabr 2026, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
26 sentyabr 2026, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
26 sentyabr 2026, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
26 sentyabr 2026, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
26 sentyabr 2026, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Oxşar xəbərlər