Əziz Yıldırım "Fənərbağça"nın prezidenti postuna namizədliyini irəli sürüb. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı bu ayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
"Sarı-lacıvərdlilər"in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-i baş tutacaq mətbuat konfransında cavablandıracaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Əli Koçdur.
Qeyd edək ki, "Fənərbağça"da prezident seçkilərinin vaxtı dəqiq bilinmir.