"Everton" yarımmüdafiəçi Cek Qrilişi cari mövsümün sonundan sonra da komandada saxlamağa ümid edir. İngilis futbolçu hazırda "Mançester Siti"də icarədədir.
İdman.Biz bu barədə "The Athletic"ə istinadən bildirir.
Nəşrin məlumatına görə, "Liverpul" Qrilişi 50 milyon funt sterlinq (57,5 milyon avro) məbləğində transfer təklifi edə bilər. "Everton"un transferi başa çatdırmaqdansa, onun icarə müddətini uzatması ehtimalı daha yüksəkdir.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə klubda 22 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Hazırda o, sınıq ayağından sağalır.