top
Eskort qalmaqalında adı keçən futbolçuların bəzi adları açıqlanıb Idman.biz
22 aprel 2026, 23:58
- ↺ +

Eskort qalmaqalında adı keçən futbolçuların bəzi adları açıqlanıb

İtaliyanın Milan şəhərində fahişəliyin təşkili və vasitəçilik ittihamı ilə başladılan irimiqyaslı araşdırmada yeni sensasiyalı detallar üzə çıxıb. "Ma.De. Milano" şirkətinin mərkəzində olduğu bu qalmaqalda futbolçular rəsmi olaraq şübhəli şəxs qismində hallanmasalar da, onların soyadları istintaq üçün əsas axtarış meyarlarına çevrilib.

İdman.Biz xəbər verir ki, Milan prokurorluğu saxlanılan şəxslərin telefon və rəqəmsal cihazlarını yoxlamaq üçün 70-ə yaxın futbolçunun soyadını "açar söz" kimi müəyyən edib.

"ilGiornale" və ANSA agentliyinin məlumatına görə, siyahıda Alessandro Bastoni, Rafael Leau, Duşan Vlahoviç, Əşrəf Hakimi, Filippe Koutinyo, Rikkardo Kalafiori, Olivye Jiru, həmçinin Daniel Maldini, Skamakka, Bissek, Din Heysen və Bellanova kimi tanınmış simaların adları yer alıb.

Qeyd olunur ki, futbolçuların heç biri cinayət törətməkdə ittiham olunmur. Lakin onların adları prokurorluğun dindirdiyi və ya nəzarətə aldığı şəxslərin gizli yazışmalarında və ödəniş sənədlərində keçir. Araşdırmalar göstərir ki, "Ma.De." şirkəti vasitəsilə təşkil olunan gecə partilərində ulduz futbolçuların iştirakı olub. İstintaq orqanları bu futbolçuların sadəcə əyləncə məqsədli yığıncaqlarda iştirak etdiyini, yoxsa otellərdə göstərilən "extra" eskort xidmətlərindən yararlandığını dəqiqləşdirməyə çalışır.

İstintaq materiallarında qeyd olunur ki, təşkil olunan bəzi gecələrdə ödənişli cinsi xidmətlərlə yanaşı, "gülüş qazı" kimi tanınan azot-oksiddən də istifadə edilib. Ümumilikdə "Revolut" və müxtəlif İtaliya bank hesabları vasitəsilə 500 min avro (1 milyon AZN) məbləğində şübhəli pul köçürməsi qeydə alınıb. Bəzi sənədlərdə futbolçuların adlarının qarşısında minlərlə avroluq məbləğlərin qeyd olunduğu bildirilir.

Məhkəmə sənədlərində bəzi adlar gizli saxlanılsa da, texniki səhvlər ucbatından Markus Pedersen və Kristian Volpatonun adları açıq şəkildə yayılıb. Həmçinin, əfsanəvi futbolçu Deyan Stankoviçin də bəzi telefon danışıqlarında adının çəkildiyi məlum olub. Lakin vurğulanır ki, bu şəxslərin heç birinin eskort xidmətləri ilə birbaşa əlaqəsi hələlik sübuta yetirilməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:20

I Liqada meydan sahiblərinin günü

Digər
Bu gün, 17:18

Ronalduya milliyə qayıtmaq üçün sərt şərtlər qoyuldu

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Oxşar xəbərlər