AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, Lənkəranda yerləşən "Raypo" İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda "Lənkəran" – "Gəncə" ilə, "Sumqayıt" isə "Bərdə" ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.
Qrup mərhələsində son turun oyunlarının nəticələri:
"Bərdə" - "Lənkəran" – 3:3
"Şəki" – "Mingəçevir" – 4:4
"Bakı" – "Sumqayıt" – 2:0
"Gəncə" - "Şirvan" – 4:2
"Xaçmaz" - "Bərdə" - 0:0
Yarımfinal mərhələsinin təqvimi:
23 iyun
17:00. "Lənkəran" - "Gəncə"
18:00. "Sumqayıt" - "Bərdə"
Qeyd edək ki, Respublika turnirinə iyunun 24-də yekun vurulacaq.
İdman.biz