Azərbaycan boksçuları Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnirdə mübarizə aparacaqlar.
"Report" xəbər verir ki, 5 gün davam edəcək yarışda məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında Mətin Məmmədov (55 kq), Elbrus Adıgözəlov (60 kq), Maqsud Xasmetov (65 kq) və Tağı Nəsibov (65 kq) rinqə çıxacaq.
Bu gün yarışa yollanacaq yığma iyunun 30-da Bakıya qayıdacaq.
Qeyd edək ki, turnirdə 10 ölkənin boksçularının iştirakı gözlənilir.