top
Azad Əsgərov UFC Fight Night turnirinin təşkilatçılığını və Azərbaycan idmançılarının çıxışını dəyərləndirib Idman.biz
23 iyun 2025, 15:11
- +

Azad Əsgərov "UFC Fight Night" turnirinin təşkilatçılığını və Azərbaycan idmançılarının çıxışını dəyərləndirib

Azərbaycanda "UFC Fight Night" turniri yüksək səviyyədə təşkil olunub.

İdman.biz xəbər verir ki, bunu "Report"a Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib.

O, azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov və Rafael Fiziyevin gözlənildiyi kimi çıxış etdiyini və qələbə qazandıqlarını vurğulayıb: "Nazim Sadıxov və Rafael Fiziyev haqqında necə fikirləşmişdiksə, elə də oldu. Yalnız Tofiq Musayev problem yaşadı, gözlənilmədən uduzdu. O, güləşdə rəqibinə məğlub oldu. Hər birimiz döyüşlərdə uduzmuşuq və ya qələbə qazanmışıq. Lakin uduzmaq zəiflik deyil. Tofiqin hələ qarşıda döyüşləri və müqaviləsi var. İnşallah, özünü təsdiq edər və bizi sevindirər. Təcrübəli idmançıdır, bunu özü də anlayır. Əslində Tofiq döyüşdən imtina edə bilərdi. Çünki rəqibi əvvəlcədən razılaşdırılandan daha artıq çəki ilə gəlmişdi. Lakin mərdlik göstərdi və vuruşdu. Sübut etdi ki, onun üçün rəqibin durumunun fərqi yoxdur. Nazimin döyüşü də maraqlı oldu. Həmçinin Rafaelə böyük diqqət göstərilirdi. Təbii ki, Azərbaycan təmsilçilərinə, onların hər bir hərəkətinə, xırdalıqlara fikir verirdik. Səhv buraxmamalarını və qələbə qazanmalarını istəyirdik. Hər ikisi ilə bağlı gözləntilər özünü doğrultdu və qələbə qazandılar".

Qurum rəhbəri Camal Hill və Halil Rountri arasında baş tutan gecənin əsas döyüşü haqqında da danışıb: "Tofiq haqqında dediyim kimi, digər idmançılar da oxşar situasiyalarla üzləşə bilərlər. Məsələn, idmançı amerikalıdırsa, saat fərqi rol oynaya bilər. Uyğunlaşma olmalıdır. Düzdür, düşünə bilərik ki, 10 gündür Bakıdadırlar. Ancaq onların uyğunlaşıb-uyğunlaşmadıqlarını bilmək olmaz. Bəlkə fikirləri yayınıb. Çünki həmin idmançıları tanımırıq. Onları daha yaxşı tanıyanlar dəqiq fikir bildirə bilərlər. Bəlkə də döyüş tərzləri belədir. Üstəlik, yaşlandıqca fiziki durumda dəyişiklik ola bilər. Birini pisləyib digərini tərifləyə bilmərik".

Federasiya rəhbəri hakimlərlə bağlı düşüncələrini də bölüşüb: "Rusiyalı Taqir Ulanbekovla qazaxıstanlı Maksum Azatın döyüşünə toxunmaq istərdim. Fikrimcə, Azat rəqibindən daha fəal və üstün idi. Təbii ki, bu, şəxsi fikrimdir. Hakimlər öz düşüncələrinə görə qərar veriblər. İdmanda olduğum üçün deyirəm, mən qələbəni qazaxıstanlı döyüşçüyə verərdim. Döyüş başabaş gedirsə, kim daha fəal və hərəkətlidirsə, hansı idmançının zərbələri güclüdürsə, qələbə də ona veriməlidir. Düşünürdüm ki, Qazaxıstan idmançısı qalib gələcək. Qələbənin nə üçün rusiyalı idmançıya verilməsi mənə qaranlıq qaldı".

O, "UFC Fight Night" turnirinin təşkilatçılığını yüksək qiymətləndirib: "Yarışla bağlı təəssüratlarım ümumilikdə çox gözəldir. Təşkilatçılar hər xırdalığa fikir vermişdilər. Ab-hava gözəl idi. Zala minlərlə insan gəlmişdi. Həmçinin təşkilatçılıq yüksək səviyyədə idi. Həqiqətən Azərbaycanda belə yarışlar zamanı təşkilatçılıq yüksək olur. Xaricdən gələn elə bir şəxs ola bilməz ki, buradan narazı getsin. Azərbaycan həqiqətən təşkilatçılığı ilə dünyaya səs salır. Bu həm də ölkəmiz üçün bir reklamdır".

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan "UFC Fight Night" turnirində Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb. Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. Rountri yekunda qalib elan olunub.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:58

"Qalatasaray" Yaser Asprilyanı satın almayacaq

Tennis
Bu gün, 20:37

Azərbaycanın gənc stolüstü tennisçiləri Avrasiya Liqasında yarışacaq

Futbol
Bu gün, 20:31

Vinisius: Braziliya Dünya Çempionatında favorit olmaq istəmir, zirvəyə qalxmaq istəyir

Futbol
Bu gün, 20:28

"Beşiktaş" Pau Torreslə danışıqlara başlayıb

Futbol
Bu gün, 20:16

Salah "İnter Mayamidə" Messinin komanda yoldaşı ola bilər: Transferdə əmək haqqı limiti maneə kimi görünür

Voleybol
Bu gün, 20:01

U-14 Azərbaycan Birinciliyinin Pley-Off Oyunlarının Vaxtı və Məkanı Bəlli Olub

Futbol
Bu gün, 19:59

Azərbaycan - Portuqaliya oyununa yunan hakimlər təyin edilib

Futbol
Bu gün, 19:46

Arne Slot "Liverpul"da qalır: Klub menecerə dəstək verir

Gimnastika
Bu gün, 19:30

Nərgiz Süleymanova Dünya Çempionatında Sərbəst Proqrama Vəsiqə Qazana Bilməyib

Futbol
Bu gün, 19:29

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinə hazırlaşır

Futbol
Bu gün, 19:14

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Con Toşaka demensiya diaqnozu qoyulub

Boks
Bu gün, 18:59

Brok Lesnar xəncər döyməsinin sərxoş xatirəsini bölüşdü

Olimpiada
Bu gün, 18:43

Azərbaycan nümayəndəsi Avropa Olimpiya Komitələrinin Aİ və Beynəlxalq Əlaqələr Komissiyasının iclasında iştirak edib

Futbol
Bu gün, 18:30

"FIFA Series – 2026": Azərbaycan - Sent Lüsিয়া oyunu öncəsi mətbuat konfransının vaxtı dəyişdirildi

Futbol
Bu gün, 18:28

ESPN-in yaş qruplarına görə dünyanın ən yaxşı futbolçuları: İdman.Biz-in yekun siyahısı

Futbol
Bu gün, 18:13

"Barselona" Alvares alternativi kimi Osimheni nəzərdən keçirir

Futbol
Bu gün, 18:00

"Qalatasaray" Mario Lemina ilə müqaviləni uzadır

Futbol
Bu gün, 17:52

FIFA-nın ən çox azarkeşə sahib klublar siyahısında "Fənərbağça" ilk beşlikdə!

Futbol
Bu gün, 17:47

Ben Uayt "Everton"a keçə bilər: Transfer səbəbləri və "Arsenal"dakı vəziyyəti

Futbol
Bu gün, 17:45

Ronaldo Neymara DÇ-2026-da iştirak üçün Ançelottiyə çağırış edib

Futbol
Bu gün, 17:34

Mahmud Qurbanov: "Qarabağ"ın "Kəpəz"ə uduzması çempionatda intriqanı demək olar ki, öldürdü"

Boks
Bu gün, 17:30

Konor Makqreqorun oktaqona qayıdışı: Hollouey ilə mümkün döyüş

Futbol
Bu gün, 17:23

Fərhad Vəliyev Şahruddin Məhəmmədəliyevin dəvəti və Yusif İmanovun yığmaya cəlb olunma ehtimalı barədə danışıb

Tennis
Bu gün, 17:11

Rafael Nadal Madrid Politexnik Universitetinin fəxri doktoru adını alıb

Oxşar xəbərlər