top
MOK-da Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib: Çıxışlar, təltiflər və Olimpiya hərəkatının nailiyyətləri Idman.biz
23 iyun 2025, 14:36
- ↺ +

MOK-da Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib: Çıxışlar, təltiflər və Olimpiya hərəkatının nailiyyətləri

Milli Olimpiya Komitəsində (MOK) 23 İyun – Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə MOK-un illər ərzində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Gününün 1948-ci ildən etibarən hər il qeyd olunduğunu diqqətə çatdırıb. O, bu bayramla əlaqədar ölkəmizdə müxtəlif tədbirlərin keçirildiyini bildirib. MOK rəsmisi Azərbaycan gənclərinin idmana böyük maraq bəslədiyini və bunun davamlı olacağına inandığını söyləyib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə tədbirin məktəblilərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Azərbaycanın dünyanın idman mərkəzi hesab edildiyini qeyd edib. F.Qurbanov şagirdlər arasında idmanın təbliğatı üçün layihələr həyata keçirdiklərini və gələcəkdə də bununla bağlı planların olduğunu vurğulayıb. Nazirlik rəsmisi MOK-un təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində tədbirlərin uğurla gerçəkləşdiyini söyləyib.

Həmçinin tədbirdə bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. İdmançılarımız 30 il ərzində 8 Yay və 6 Qış Olimpiya Oyunlarında iştirak edib, ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.

Sonra Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib. Azərbaycanda OVEP-in 2024-cü ildən etibarən silsilə və sistemi şəkildə tətbiq olunmağa başlandığı, statistik təhlillərə əsasən, təlimə qatılan müəllimlər arasında ən çox iştirakçının Binəqədi, Sabunçu, Xətai və Suraxanı rayonlarında qeydə alındığı diqqətə çatdırılıb.

Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi təşkil olunub. Onlara diplom və dəyərli hədiyyələr təqdim edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Oxşar xəbərlər