top
Əsədovun “11-liyi”ndə kimlər yer alacaq? Sport24.az
07 iyun 2024, 11:23
- +

Əsədovun “11-liyi”ndə kimlər yer alacaq?

Bu gün futbol üzrə milli komandamız Macarıstanda Albaniyaya qarşı yoxlama görüşünə çıxacaq. Bəs baş məşqçi funksiyasını icra edən Arif Əsədov start heyətində kimlərə güvənəcək? İki gündü qürbətdə olan komanda üzvləri və məşqçilər heyəti ilə nəinki fərqli otel və şəhər, hətta fərqli ölkələrdə (milli Avstriyada, səfərə yollanan jurnalistlər isə Macarıstanda) qərarlaşsaq da, bu, start heyətinə dair araşdırma aparmağımızı əngəlləmir. Doğrudu, bir sıra oyunçumuz barədə bəzi müfəssəl bilgini verə bilməyəcəyik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hər halda, apardığımız araşdırmalar, gördüyümüz mənzərə, Əsədovun səsləndirdiyi fikirlərə əsasən start "11-liyi"ni proqnozlaşdıra bilərik. Nə dərəcədə düzgün təhlil apardığımızı isə matçın protokolu təqdim olunanda görəcəyik.


Qapının Şahruddin Məhəmmədəliyevə güvəniləcəyini düşünürük. Müdafiə xəttinin mərkəzində "Qarabağ"ın təcrübəliləri - Bədavi Hüseynov və Bəhlul Mustafazadənin yer alacağını proqnozlaşdırırıq. Bu xəttin qanadları da böyük ölçüdə Qurban Qurbanov imzası ilə əlaqəlidi: solda Elvin Cəfərquliyev, sağda isə Polşaya yollananadək Ağdam təmsilçisinin şərəfini qoruyan Rahil Məmmədovun forma şansı əldə edəcəklərini düşünürük.


Yarımmüdafiənin onurğa sütününün Coşqun Diniyev - Emin Mahmudov - Aleksey İsayevdən ibarət olacağı daha inandırıcı görünür. Burda sual oluna bilər ki, axı, Mahmudov zədədən əziyyət çəkirdi və yalnız Premyer Liqanın son turunda 3-5 dəqiqə oyun praktikası əldə edib. Ancaq gördüklərimiz, təhlillərimiz, duyduqlarımıza əsasən deyə bilərik ki, "Neftçi"nin kapitanı sapsağlamdı. Bu "trio"da İsayevin dirijor, Diniyevin dağıdıcı, Mahmudovun isə əlaqələndirici funksiyasını icra edəcəyini də qeyd edək. Bu məqamda Arif bəyin "hər kəs bacardığı işlə məşğul olmalıdı" deyiminə sadiq qalmasını da pozitiv məqam kimi vurğulayaq. Elə cinahlara dair proqnozumuz da məhz bu faktora söykənir: Ramil Şeydayevin solda, Toral Bayramovun isə sağda qərarlaşacağını düşünürük.


Nəhayət, hücumun sivri ucu barədə. Ötən axşam mətbuat konfransında Əsədovla birgə Mahir Emrelinin yer alması bu mövqenin kimə həvalə olunacağına dair şübhələr yeri qoymur. Və bu qərara görə 54 yaşlı mütəxəssisə alqış düşür. Çünki Mahir zədədən yeni qayıdıb və yoxlama oyununda ona şans vermək həm oyun praktikası baxımından faydalıdır, həm də Zaqreb "Dinamo"sundan ayrılma ərəfəsində olmasını nəzərə alaraq müxtəlif Avropa klublarının diqqətini çəkmək yönündə effektiv olar.


Bu heyət Bolqatıstanla Bakıda baş tutan yoxlama oyunundakı "11-liy"ə kifayət qədər bənzəyir. Elə millimizin məşqçisi də dünən "Bolqarıstana qarşı tətbiq etdiyimiz modelə sadiq qalmağa çalışacağıq" sözlərini işlətmişdi. Həmin heyət aşağıdakı kimi olub:
1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.


Göründüyü kimi, Bakıdakı matçdan fərqli, Eddi İsrafilov və Renat Dadaşov toplanışda iştirak etmir. Onların yoxluğunda Aleksey İsayev və Mahir Emreli milli forma şansı əldə edəcək. Startda ümumi ansamblın isə aşağıdakı kimi formalaşacığını düşünürük:


Şahruddin Məhəmmədəliyev - Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov - Ramil Şeydayev, Coşqun Diniyev, Emin Mahmudov, Aleksey İsayev, Toral Bayramov - Mahir Emreli.


Qeyd edək ki, oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək və "CBC Sport" kanalı ilə Gündüz Abbaszadənin şərhində təqdim olunacaq.


CEYHUN ƏLİYEV, Bük (Macarıstan)

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər