"Liverpul"dan ayrılan Endryu Robertsonun yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, cinah müdafiəçisi "Tottenhem"lə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 32 yaşlı futbolçu ilə yaxın zamanda müqavilə imzalanacaq.
Robertson 2017-ci ildən "Liverpul"da çıxış edirdi. O, "qırmızılar"la 378 oyunda 14 qol vurub, 69 məhsuldar ötürmə edib.