"Real Madrid"in hücumçusu Endrik yenidən klubdan ayrılacaq və karyerasını başqa bir klubda icarə əsasında davam etdirəcək.
İdman.Biz-in insayder Ramon Alvares de Mona istinadən verdiyi məlumata görə, 20 yaşlı braziliyalı futbolçunun agentləri artıq İngiltərə Premyer Liqasında yeni klub axtarırlar.
Mənbənin məlumatına görə, "Real Madrid" rəhbərliyi Kot-d"İvuarlı hücumçusu Yann Diomandenin "RB Leypsiq"dən transferindən sonra hücumçu ilə müvəqqəti olaraq yollarını ayırmaq qərarına gəlib.
Daha əvvəl Diomandenin transferinin Madrid klubuna 125 milyon avroya başa gəldiyi və bonuslarla müqavilənin 140 milyon avroya çata biləcəyi bildirilirdi.
Endrik həmçinin ötən mövsümün ikinci yarısını Fransanın "Lion" klubunda icarə əsasında keçirib.