top
Elvin Camalov: Kəpəzlə oyuna hazırlaşırıq, mövqeyimdə gərgin mübarizə gedir - MÜSAHİBƏ Idman.biz
11 fevral 2026, 15:20
- ↺ +

Elvin Camalov: "Kəpəz"lə oyuna hazırlaşırıq, mövqeyimdə gərgin mübarizə gedir" - MÜSAHİBƏ

"Əgər oyun təxirə salınsa, yəqin ki, məşqçilər korpusu tədbir görəcək. Bu halda təxminən 2 həftə meydana çıxmayacağıq ki, bu da əlbəttə, komandaya təsir edəcək".

Bunu "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Birinci hissə bizim üçün çox yaxşı keçdi. Matça fəal başladıq, erkən qol vurduq. Fərqlənmək üçün yenə də şanslarımız var idi. Təəssüf ki, onlardan yararlana bilmədik. Fasilədən sonra rəqibin də şansları oldu. Sona qədər mübarizə apardıq. 10 nəfərlə qalsaq da, çox vacib 3 xal qazandıq.

- İkinci hissədə "Qəbələ" daha fəal idi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Birinci hissədə uşaqlar çox güc sərf etdilər. Dayanmadan irəlidə çox pressinq tətbiq edirdik. Fasilədən sonra isə hesabı qoruyub saxladıq. İnanıram ki, gələn oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Yuri Vernidunun gəlişindən sonra komanda 3 qələbə qazanıb və 2 dəfə heç-heçə edib, 11 xal toplayıb. Demək olar ki, "Neftçi" artıq özünə gəlib?

- "Qəbələ" və "Kəpəz"lə oyunlar bizim üçün çox vacibdir. Birini məğlub etdik, qaldı ikinci. "Kəpəz"lə görüşdə də qələbə qazansaq, artıq "Neftçi"nin avrokuboklar uğrunda mübarizəyə qoşulduğunu demək olar. Qarşıdakı matç bizim üçün çox vacibdir. "Kəpəz"i məğlub etmək üçün əlimizdən gələni edəcəyik.

- "Kəpəz"lə matçdan sonra "Qarabağ"la oyun gəlir ki, həmin görüşün də vaxtının dəyişdirilməsi müzakirə olunur. "Qarabağ"la oyunun təxirə salınması "Neftçi"yə mənfi təsir göstərə bilər?

- Əgər oyun təxirə salınsa, yəqin ki, məşqçilər korpusu tədbir görəcək. Bu halda təxminən 2 həftə meydana çıxmayacağıq ki, bu da əlbəttə, komandaya təsir edəcək. Çünki normalda həftəlik proqramla məşq edirik. Həmin hazırlığın sonu da oyunla tamamlanır. İstənilən halda bu cür vəziyyətə hazır olmalıyıq. Lakin hazırda "Kəpəz"lə oyunu düşünürük.

- Qış fasiləsində "Neftçi"dən ayrılacağınız barədə xəbər yayılmışdı...

- Mən burada xoşbəxtəm. Hər futbolçunun arzusudur ki, "Neftçi" kimi komandada oynasın. Düzdür, təzə gələndə daha çox şans qazanardım. Son vaxtlar az oynayıram. Bu da müəyyən xəbərlərin yayılmasına səbəb olur. Hazırda "Neftçi"dəyəm, mövsümün sonuna kimi müqaviləm var. Çalışacağam ki, qarşıdakı 4-5 ayda özümü yaxşı tərəfdən göstərim və burada da qalım.

- Qış fasiləsində "Qəbələ"dən təklif almışdınız. Özünüz getmək istəmədiniz, yoxsa "Neftçi" buraxmadı?

- Bəli, qalmağı daha üstün saydım.

- Demək olar ki, "Neftçi"də ən güclü rəqabət məhz sizin mövqeyinizdədir. Bu amil də qərarınıza təsir göstərmədi?

- Hər futbolçu daha çox oynamaq istəyir. Mövqeyimdə çox gərgin mübarizə gedir. Bu da təsirini göstərir. Bununla belə, mən də daha çox oynamaq, özümü göstərmək və milliyə dəvət almaq istəyirəm. Son zamanları nəzərə almasaq, daim oynamışam. Bundan sonra da mübarizə aparacağam. Rəqabət nə qədər güclü olsa da, şans qazanmaq üçün əlimdən gələni edəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər