Azərbaycan Birinci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" klubunun futbolçusu Elşən Abdullayev mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı 19-cu turun "Baku Sportinq" - "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.