top
Elçin Məsiyev U-21 Avropa Çempionatı və gələcək hədəfləri haqqında Sport24.az
Bu gün, 14:40
- +

Elçin Məsiyev U-21 Avropa Çempionatı və gələcək hədəfləri haqqında

FIFA referisi Elçin Məsiyev iyunda Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb. Onun başçılıq etdiyi hakimlər briqadası qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub.

"UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik". I kateqoriyaya daxil olan 33 yaşlı referi AFFA-nın mətbuat xidmətinə müsahibəsində fikirlərini bildirib:

- U-21-lərin Avropa çempionatının final oyunundakı idarəçiliyiniz UEFA-nın Hakimlər Komitəsi tərəfindən necə qarşılandı?
- Oyunlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı, UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers idarə etdiyim Çexiya - İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi.

 

- Turnirin 1/4 və yarımfinal mərhələsinə təyinat aldınız. Finalda da yer almaq şansınız var idi?
- Əslində final oyununa namizəd idim. Həlledici matçda iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final görüşünü niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, final matçına təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir.

- Avropa çempionatına təyinatın gələcək karyeranıza nə kimi təsiri ola bilər?
- İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm. Bizə göstərilən etimadları doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq.

- Daha yüksək səviyyəli turnir dedikdə hansı yarışları nəzərdə tutursunuz?
- Bu, A millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21-lərin qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas millilər arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq.

- 2024-cü ilin dekabrında FIFA-da I kateqoriyaya yüksəldiniz və ötən ay U-21-lərin Avropa çempionatına təyinat aldınız. Hakim kimi ən böyük hədəfləriniz nələrdir?
- Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəflərim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik.

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 20:27

Azərbaycan cüdo yığması "Böyük Dəbilqə" turnirinə Ulan-Batora yollanır

Futbol
Bu gün, 20:16

"Mingəçevir"dən iki futbolçu ayrıldı

Futbol
Bu gün, 19:58

"Beşiktaş" Demir Ege Tıknaz ilə müqavilə müddətini uzadıb

Digər
Bu gün, 19:52

Bakı Atıcılıq Mərkəzi: Yerli və Beynəlxalq Yarışlar üçün Mükəmməl İnfrastruktur

Futbol
Bu gün, 19:28

Antoni Milambo "Brentford"a transfer olundu - RƏSMİ

Güləş
Bu gün, 19:21

U-20 Avropa çempionatında Ruzanna Məmmədova finala yüksəlib

Futbol
Bu gün, 19:20

Xavyer Tebasdan Klublararası Dünya Çempionatına Sərt Tənqid: Turnir Ləğv Edilməlidir?

Futbol
Bu gün, 19:07

FIFA prezidenti Dioqo Jotanın və qardaşının ölümü ilə bağlı başsağlığı verdi

Futbol
Bu gün, 19:00

"Qəbələ" Akademiyasının Fəaliyyətinin Dondurulması: Niyə Belə Oldu?

Cüdo
Bu gün, 18:41

Azərbaycan Cüdo Yığması "Böyük Dəbilqə" üçün Ulan-Batora gedir

Voleybol
Bu gün, 18:18

Avropa çempionatında iştirak edəcək komandaların adları avqustda bilinəcək

Şahmat
Bu gün, 18:00

"Shamakhi Open"də Xəzər Babazadə qalib gəldi

Futbol
Bu gün, 17:48

Maksim Medvedev "Qarabağ-2" komandasını sıfırdan formalaşdırır

Gimnastika
Bu gün, 17:45

Pekində İlqar Məmmədovun şərəfinə qılıncoynatma mərkəzi açılıb

Futbol
Bu gün, 17:40

Fakundo Medina "Marsel"ə icarəyə verildi

Futbol
Bu gün, 17:36

"Hayduk"un kapitanı Dario Melnyak: "Zirə"yə qarşı oyun mənim üçün yaxşı alınmayıb, amma hədəflərimiz böyükdür

Boks
Bu gün, 17:22

Kikboksinq üzrə XXIX Azərbaycan Ölkə Birinciliyi keçirilib

Voleybol
Bu gün, 17:20

Mixail Frişman Avropa Çempionatının təsnifat mərhələsində hakimlərin işinə nəzarət edəcək

Cüdo
Bu gün, 17:13

Azərbaycan Cüdo Federasiyasında dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

Futbol
Bu gün, 17:08

Vladimir Pisarski mərcə görə 4 illik diskvalifikasiya edildi (3 ili şərti)

Şahmat
Bu gün, 17:07

Xəzər Babazadə "Shamakhi Open" Beynəlxalq Şahmat Festivalının Qalibi Oldu

Boks
Bu gün, 16:53

Kadet boksçularımız Özbəkistanda Avropa birinciliyinə hazırlaşır

Boks
Bu gün, 16:50

Kadet Boksçularımız Avropa Birinciliyinə Hazırlıq Məqsədilə Özbəkistanda Təlim-Məşq Toplanışında

Futbol
Bu gün, 16:40

Dioqo Jota və qardaşının "Lamborcini"də dəhşətli ölümünün təfərrüatları açıqlanıb

Oxşar xəbərlər