top
Maksim Medvedev Qarabağ-2 komandasını sıfırdan formalaşdırır Report.az
03 iyul 2025, 17:48
- ↺ +

Maksim Medvedev "Qarabağ-2" komandasını sıfırdan formalaşdırır

"Qarabağ"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunan Maksim Medvedev heyəti formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb.

35 yaşlı mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, komandanı sıfırdan formalaşdırdıqlarını söyləyib:

"Hazırda komanda formalaşdırmağa çalışırıq. Ancaq bir çox futbolçularla müqavilə müddəti bitib. Bəzilərinin də müqaviləsinə xitam verilmişdi. Futbolçuların bir hissəsi I və II Liqa klublarına yollanmaq məcburiyyətində qaldılar. İndi demək olar komandanı sıfırdan yığıram. Artıq seleksiya xarakterli məşqlərə başlamışıq. Gənc, potensialı olan futbolçuları toplamağa çalışırıq. Təbii ki, əvəzedicilərdə Premyer Liqaya nisbətən qazanc az olduğu üçün komanda formalaşdırmaq bir qədər çətindir. Fikirləşirəm ki, bu tək bizə deyil, digərlərinə də aiddir".

O, qarşısına qoyulan hədəflərdən danışıb:

"Rəhbərliklə qarşıdakı hədəflər barədə hələ ki, söhbətimiz olmayıb. Çünki hazırda qarşıya məqsəd qoymaq çətindir. Biz hələ komandada neçə nəfər olacağını, hansı oyunçuların yer alacağını bilmirik. İlk növbədə komandanın kökünü formalaşdırmalıyıq. Yenə də onu deyə bilərəm ki, əvəzedicilərdə əsas məqsəd birinci komanda üçün futbolçu yetişdirməkdir. Bəlkə də rəhbərlik nəticənin önəmli olmadığını bildirəcək. İstəyirik ki, əvəzedicilərdə əsas komandaya namizəd 4-5 potensiallı uşaq yer alsın. Bu bir məqsəddir. Proseslə bağlı fərqli fikirlər ola bilər".

"Qarabağ"ın sabiq müdafiəçisi heyətə kənardan futbolçular cəlb edəcəklərini bildirib:

"Çox güman, kənardan da futbolçu cəlb edəcəyik. Çünki əvvəl əvəzedicilərdə oynayan yetirmələrimizin bir çoxu artıq komandanı tərk ediblər və başqa klublarla müqavilə bağlayıblar. Bu şəkildə ən azı 4-5 nəfər itirmişik. Yenə də seleksiya aparacağıq. Ehtiyac duyulan mövqelərə futbolçu cəlb edəcəyik".

M.Medvedev məşqçilər korpusuna əlavə mütəxəssislər dəvət etmək istədiklərini deyib:

"Hələ ki, iki köməkçim var. Ancaq əlavə mütəxəssis cəlb etmək fikrindəyik. Sabit, gələcəyin komandasını yaratmağa ehtiyac varsa, köməkçilərin sayı çox olmalıdır. Komandada təhlil aparan məşqçilər, həkimlər, masajçı yer almalıdır".

Qeyd edək ki, "Qarabağ" akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, "Qarabağ"ın heyətində ən çox oyun keçirən futbolçudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Oxşar xəbərlər