top
Haydukun kapitanı Dario Melnyak: Zirəyə qarşı oyun mənim üçün yaxşı alınmayıb, amma hədəflərimiz böyükdür Idman.biz
03 iyul 2025, 17:36
- ↺ +

"Hayduk"un kapitanı Dario Melnyak: "Zirə"yə qarşı oyun mənim üçün yaxşı alınmayıb, amma hədəflərimiz böyükdür

"Hayduk"un kapitanı Dario Melnyakın Sportal.az saytına müsahibəsi

- "Hayduk" Konfrans Liqasının təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. Püşkatmanı "Hayduk" üçün uğurlu hesab edirsən?

- Əslində, hər zaman bütün püşkatmalar maraqlıdır. İndinin özündə asan rəqib anlayışı qalmayıb. Avrokuboklarda isə asan komanda yoxdur.

- Bəs, "Zirə" haqda hansısa məlumata sahibsiniz? Sən Azərbaycanda oynadığın üçün yəqin ki, bu komandanı tanıyırsan. Kollektivdə necə, "Zirə" barədə məlumata sahib olan var?

- Düzünü desəm, "Zirə"yə qaşrı oynayıb-oynamadığımı yoxlamalı idim. Sizin sualınızdan sonra baxdım ki, bəli, "Zirə"yə qarşı 2 matçda oynamışam(gülür). Hər iki görüş də mənim üçün uğurlu alınmayıb. Amma keçmişdə qalan matçlardır. İndi yalnız qarşıya baxmaq lazımdır.Mən də bu cür edirəm.

- Yəqin ki, Xorvatiyada hər hansı sürpriz qəbul edilməyəcək? "Hayduk"un "Zirə" ilə matçdakı şanslarını necə dəyərləndirirsən? "Zirə" ötən mövsüm Konfrans Liqasında pis çıxış etmədi...

- "Zirə"nin avrokuboklarda oyunlarına baxmışam. Əsasən də "Osiyek"ə qarşı matçını izləmişəm. "Omoniya"ya qarşı keçirilmiş pley-off görüşünü də görmüşəm. Bilirsiz, hazırda futbol bərabərləşib. Ona görə də daha da maraqlı olub. Düzünü desəm, biz indi kiminlə oynadığımızdan daha çox öz tapşırıqlarımıza və taktikalarımıza diqqət yetiririk. İndi vacib olan məsələ budur.

- "Hayduk" ötən mövsüm avrokuboklarda "Rujemberok"a uduzdu. Bundan əvvəl isə "Tobol" və "Qzira Yunayted"lə matçlarda uğursuz nəticələriniz olmuşdu. Səncə, "Hayduk" kimi böyük klubun avrokuboklarda işləri niyə qaydasında getmir?

- Son illərlə bağlı eyni şeyi düşünürəm. Düzü, hələ də düzgün cavabım yoxdur. Amma hər zaman yeni bir motivasiya var. Bunu edə biləcəyimizə inanırıq. Biz indi hazırlaşırıq və qarşıdakı görüşlərə hazır olmağa çalışırıq.

- Biz səni ilk dəfə "Neftçi"dəki çıxışınla tanımışıq. Maraqlıdır, sən özün bu komandanın futbolçusu olduğun anları necə xatırlayırsan?

- "Neftçi"dəki ilk vaxtlarım mənim üçün çətin idi. Mən bu komandaya icarə əsasında gəlmişdim. Klubun da çətin periodi idi. Həmin vaxtı hər iki tərəf üçün ən yaxşısı yollarımızı ayırmağımız idi.

- "Neftçi"dən ayrıldıqdan sonra karyeran daha uğurlu alındı. "Rizespor", Xorvatiya millisi və indi də "Hayduk". "Neftçi"də şans verilmirdi? Yəqin ki, oradan ayrıldığına görə peşman deyilsən?

- Deyim ki, "Neftçi" və Azərbaycanda çox yaxşı təcrübə topladım. Orada çox yaxşı təəssüratlarım var.

- "Neftçi"dən ayrıldıqdan sonra Bakıya bir dəfə Xorvatiya millisinin heyətində gəlmisən. Bu dəfə ikinci dəfə Azərbaycana gələcəksən. "Zirə"yə qarşı görüş də elə "Neftçi"nin stadionunda keçiriləcək. "Neftçi Arena"ya gələcəyin üçün həyəcanlısan?

- Düzünü deyim, heç matçımızın "Neftçi Arena"da keçiriləcəyini bilmirdim. Siz dediniz, xəbər tutdum. Təbii ki, bunu eşitmək xoşdur. "Neftçi Arena" yaxşı stadiondur.

- "Hayduk"un Konfrans Liqasında əsas hədəfi nədən ibarətdir? Əsas mərhələyə (qrup mərhələsi) qədər irəliləmək?

- "Hayduk"un hər zaman böyük hədəfləri olub. Amma "Hayduk"da yeni era başlayıb. Bu dəfə də hədəflərimiz böyükdür. Ona görə də biz irəliyə addım-addım getmək istəyirik. İlk addım isə "Zirə"yə qarşı oyundan başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Oxşar xəbərlər