top
“Əfsuslar olsun ki, səhvlər çox etdik“ - Krunoslav Renduliç Sport24.az
12 may 2024, 19:59
- ↺ +

“Əfsuslar olsun ki, səhvlər çox etdik“ - Krunoslav Renduliç

"Qəbələ"ni təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik. Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı.İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil".

Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunosvla Renduliç Premyer Liqanın 34-cü turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Autsayderə məğlub oldunuz. Demək olar ki, komandanı psixoloji olaraq oyuna hazırlaşdıra bilməmişdiz?

- Xeyr, sizinlə razı deyiləm. Yeddi gün ərzində oyunçularımı xəbərdar etmişdim ki, "Qəbələ" çox yaxşı komandadır. Baxmayaraq ki, sonuncu pillədədirlər, onlar sadəcə digər rəqiblərlə müqayisədə şanslarından istifadə edə bilməyiblər. İlk yarıda rəqibə yaxşı təzyiq edirdik. Bu da onu göstərir ki, psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Əfsuslar olsun ki, böyük səhvlər etdik və uduzduq. Həyat davam edir. Ardıcıl dörd oyunda qalib gəlmişdik, amma bu oyunda uduzduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Davit Volkov qışda "Zirə"yə keçə bilərdi, amma alınmadı. Lakin gözlənilən budur ki, o, yayda həmin komandaya keçəcək. "Zirə" isə "Sabah"ın avrokuboklar uğrunda mübarizədə əsas rəqibidir. Burada hansısa əlaqə görürsüz?

- Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı 10 nəfərlə meydanda qoymaqla böyük səhv etdi.

- Onu cəzalandıracaqsız?

- O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək.

- Qarşıda birbaşa rəqiblərinizlə oyunlarınız var. Komandanı psixoloji sarıdan necə toparlayacaqsız?

- İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. "Qarabağ"ı məğlub edəndə də, "Real"(Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq.

- Son vaxtlarda stimullaşdırma məsələsi gündəmdədir. Xüsusən də, avrokuboklar uğrunda mübarizə aparan klubların burada aktiv olduğu bildirilir. Məsələn, "Araz-Naxçıvan" "Zirə"ni məğlub etdi, "Kəpəz" "Sumqayıt"dan xal aldı, bu gün isə "Qəbələ" "Sabah"a qalib gəldi. Ümumiyyətlə, stimullaşdırma məsələsinə normal yanaşırsız, yoxsa qeyri-peşəkarlıqdır?

- Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz. 

- Birinci Liqaya düşən "Qəbələ"nin infrastrukturu haqda nə düşünürsüz?

- Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var, əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik "Qəbələ"dir.

- Maraqlıdır, niyə bu gün kapitanlıq öncə Ayaz Quliyevdə, daha sonra Cessi Sekidikada oldu?

- Bu, mənim seçimimdir. Ayaz və Cessi kapitanlıq sarğısını daşımağa layiqdirlər. Çünki məşqlərdə, oyunlarda 100 faizi meydana ortaya qoyurlar. Demirəm ki, Tellur Mütəllimov layiq deyil. Sadəcə, bu dəfə qərar verdim ki, kapitanlıq sarğısı Cessiyə həvalə olunsun.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Oxşar xəbərlər