Rusiya çempionatında 2023/2024 mövsümünün qalibi son turda bəlli olub.
İdman.biz xəbər verir ki, "Zenit" qələbə qazanaraq, qızıl medalları qazanıb.
Son tur ərəfəsində "Dinamo" 56, "Zenit" 54, "Krasnodar" 53 xala malik olub. Moksva klubuna çempion olmaq üçün "Krasnodar"la qarşılaşmada 1 xal kifayət edib. "Zenit" qələbə qazansa belə xallar bərabər olacağı təqdirdə "Dinamo" çempionluğu bayram edəcəkdi. Digər tərəfədən krasnodarlılar 3 xal əldə edib, digər görüşdə Sankt-Peterburq klubunu xal itirməsinə ümid etməli idi. Çünki Murad Musayevin komandası şəxsi görüşlərdə moskvalıları üstələyirdi və bu, onlara çempionluq tiltulu qazandıracaqdı.
Hər şey "Zenit"in istəyinə uyğun cərəyan edib. "Krasnodar" öz meydanında qələbə qazanıb, Sergey Semakın yetirmələri isə "Rostov"la görüşdə əzmkarlıq nümayiş etdiriblər. Məğlub duruma düşən peterburqlular çempionluq qolunu 85-ci dəqiqədə vurublar.
"Zenit" ardıcıl 6-cı dəfə ölkə çempionu olub. Bu, Sankt-Peterburq klubu Rusiya çempionatları tarixində 10-cu uğuru imza atıb (2007, 2010, 2011–12, 2014–15, 2018–19, 2019–20, 2020–21, 2021–22, 2022–23, 2023-24). Komanda 1 dəfə SSRİ çempionatının qalibi adını qazanıb (1984).
Rusiya Premyer Liqası
30-cu tur
"Baltika" – "Lokomotiv" – 1:3
ÇSKA – "Ural" – 2:0
"Fakel" – "Axmat" – 2:0
"Krılya Sovetov" – "Pari NN" – 1:1
"Orenburq" – "Spartak" – 0:0
"Rubin" – "Soçi" – 1:1
"Zenit" – "Rostov" – 2:1
"Krasnodar" – "Dinamo" – 1:0
Yekun cədvəl: "Zenit" – 57, "Krasnodar" – 56, "Dinamo" – 56, "Lokomotiv" – 53 xal.
İdman.biz