top
Dmitri Kramarenko FİFA Series-2026, Aydın Bayramov və Azərbaycan qapıçı məktəbləri haqqında danışdı - MÜSAHİBƏ Idman.biz
03 aprel 2026, 13:23
- ↺ +

Dmitri Kramarenko "FİFA Series-2026", Aydın Bayramov və Azərbaycan qapıçı məktəbləri haqqında danışdı - MÜSAHİBƏ

"Təəssüf ki, həmin görüşü tam izləməyim mümkün olmadı. Amma əminəm ki, o, inamla oynadı".

Bunu Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Milli komandamız "FİFA Series-2026" turnirinin qalibi adını qazandı. Komandamızın oyunlarını izlədinizmi? Yığmamızın bu turnirdəki çıxışını necə dəyərləndirirsiniz?

– Əlbəttə, oyunları izlədim. Düzünü desəm, bu turnirin nə olduğunu, formatını tam başa düşmədim. Amma milli komandamızın qələbə qazanması çox yaxşıdır. Anlaşılandır ki, rəqiblər – onlara hörmətlə yanaşmağıma rəğmən – elə də yüksək səviyyədə deyildilər. Əsas odur ki, bizim uşaqlar azarkeşləri sevindirə bildilər. Azarkeşlərimiz milli komandanın müsbət nəticəsi üçün darıxmışdılar.

– Syerra-Leone ilə penaltilər seriyasına qədər uzanan matçda komandamızın qapısını Aydın Bayramov qorudu. Onun performansı sabiq milli üzvü kimi sizi qane etdimi?

– Təəssüf ki, həmin görüşü tam izləməyim mümkün olmadı. Amma əminəm ki, o, inamla oynadı. Aydını çoxdan tanıyıram, yaxşı, çalışqan oğlandır. Əgər onu milli komandaya dəvət edirlərsə, deməli, klubunda işinə yanaşması və oyunu ilə bunu haqq edib.

– Baş məşqçi Ayxan Abbasovun yığmamızdakı fəaliyyəti haqda nə deyə bilərsiniz? Sizcə, millimiz onun rəhbərliyi altında Millətlər Liqasında C liqasına yüksələ biləcək?

– Ayxan Abbasov milli komandada qısa müddətdir çalışır. Onun işini qiymətləndirmək üçün müəyyən vaxt keçməlidir. Abbasova uğurlar, səbir və yeni ideyalar arzulayıram. Əminəm ki, Ayxan və köməkçiləri yığmanın C Liqasına qayıtması üçün bütün səylərini göstərəcəklər.

– Azərbaycan çempionatında uzun müddətdir "Sabah"ın birinci pillədə qərarlaşması, çempionluğun bir addımlığında olması sizi təəccübləndirmədi?

– "Sabah" çox yaxşı komandadır. Artıq bir neçə ildir ki, onlar çempionluğa can atırlar. "Sabah"ın rəhbərliyini də qeyd etmək istəyirəm, çünki onlar arzuolunan məqsədə çatmaq üçün bütün zəruri şəraiti yaradırlar. Amma futbolda proqnoz vermək çətindir. Və "Qarabağ" kimi güclü komanda çempionluğu elə-belə verməyəcək! Çempionatın son dövrünü izləmək maraqlı olacaq. Bütün komandalara uğurlar arzulayıram – həm avrokuboklara çıxmaq istəyənlərə, həm də öz vəzifələrini yerinə yetirənlərə.

– Sabiq komandanız "Neftçi"nin Yuri Vernidubun gəlişindən sonrakı çıxışını necə dəyərləndirirsiniz? Sizcə, "ağ-qaralar" avrokuboklara vəsiqə qazana biləcəklər?

– Vernidubun işi haqqında mənim danışmağım düzgün olmaz. "Neftçi"nin çoxsaylı azarkeşləri var və onlar uzun müddətdir ki, komandalarını birinci yerdə görmək üçün səbirsizliklə gözləyirlər. Vernidubun işinə ilk qiyməti verməli olanlar da məhz azarkeşlərdir. Əgər onlar komandanın oyunundan razıdırlarsa, deməli, hər şey qaydasındadır və yeni məşqçiyə bütün çatışmazlıqları aradan qaldırması üçün müəyyən vaxt lazımdır. Ürəkdən "Neftçi"yə, klubun azarkeşlərinə və rəhbərliyinə avrokuboklara çıxmaları üçün parlaq qələbələr arzulayıram.

– Azərbaycanın əksər klublarında əsas qapıçılar legionerlərdir, yerli qolkiperlər onlarla rəqabətdə uduzurlar. Bunun səbəbini nədə görürsünüz? Və hazırda Azərbaycanın ən güclü qapıçısı kimi hesab edirsiniz?

– Bu barədə yalnız öz fikrimi deyə bilərəm. Yerli qapıçılarla bağlı bir qayda tətbiq etməyi sınamaq pis olmazdı. Burada mənfi tərəflərdən daha çox müsbət cəhət var: rəqabət, təcrübə və gənc yerli qapıçılara etimad. Başa düşürəm ki, bu qərara gəlmək asan olmayacaq, amma sınamaq olar. Azərbaycanda ənənəvi olaraq SSRİ dövründən etibarən çox yaxşı qapıçılar olub. Onları yetişdirmək üçün isə ixtisaslaşmış qapıçı məktəbləri lazımdır. Hazırda Azərbaycanda ən yaxşı qapıçı kimdir, bilmirəm. Bütün qapıçılara – həm yerlilərə, həm də legionerlərə böyük hörmətlə yanaşıram.

– Yenidən Azərbaycanda işləmək istərdiniz? Heç təklif gəlib?

– Azərbaycan mənim və rəhmətlik valideynlərimin Vətənidir. Çox istəyirəm ki, çempionatımızın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlsin. "Qarabağ"ın avrokuboklardakı qələbələrinə həmişə sevinirəm. Fəxr edirəm ki, komandamız Azərbaycanı dünya arenasında ləyaqətlə təmsil edir. Yenidən Azərbaycanda işləmək variantına gəlincə, bir klubdan təklif olub, amma hansı klub olduğunu demək istəmirəm. Milli komandadan isə mən ÇSKA-ya keçəndən bəri dəvət olmayıb. Hazırda bütünlüklə böyük futbol ənənələrinə malik ÇSKA-ya bağlıyam. Bu komandanın sədaqətli azarkeşləri, möhtəşəm rəhbərliyi və əlbəttə ki, əfsanəvi İqor Akinfeyev kimi kapitanı var. Bu kluba çox şey borcluyam, buna görə də bütün fikirlərim onunla bağlıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:13

İspaniyada futbolçu 18 yaşlı hakimi hücum etdikdən sonra 1 illik disvalifikasiya edildi

Futbol
Bu gün, 17:08

Portuqaliya Milli Komandası Kriştianu Ronaldu üçün xüsusi vida tədbiri keçirməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Oxşar xəbərlər