DÇ-2026-nın açılış oyununda xoşagəlməz hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, Meksika ilə Cənubi Afrika Respublikası(CAR) arasında keçirilən və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan matç zamanı "Estadio Azteca" stadionunun yaxınlığında almaniyalı azarkeş dünyasını dəyişib.
Məlumata görə, vəfat edən şəxs 81 yaşlı Almaniya vətəndaşı olub.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar hələlik dəqiqləşdirilir.