top
DÇ-2026: Meksika Çexiyanı 3:0 məğlub edərək pley-offa lider kimi çıxıb Idman.biz
25 iyun 2026, 07:12
- ↺ +

DÇ-2026: Meksika Çexiyanı 3:0 məğlub edərək pley-offa lider kimi çıxıb

Futbol üzrə DÇ-2026-da A qrupunun üçüncü tur oyununda Meksika və Çexiya yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Mexikodakı "Asteka" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü argentinalı baş hakim Yael Falkon Peres idarə edib.

Hesab 55-ci dəqiqədə açılıb. Meksika millisinin müdafiəçisi Mateo Çaves Luis Romonun ötürməsindən sonra topu qapıdan keçirib. Cəmi altı dəqiqə sonra Xulian Kinyones fərqi iki topa çatdırıb.

Matçın diqqətçəkən məqamlarından biri 78-ci dəqiqədə yaşanıb. Meksika futbolunun əfsanəvi qapıçısı Qilyermo Oçoa Raul Rangeli əvəzləyərək DÇ-2026-da meydana çıxıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Alvaro Fidalqo yekun hesabı müəyyənləşdirib - 3:0.

Bu qələbədən sonra Meksika üç oyunun nəticəsinə əsasən doqqzu xalla A qrupunu birinci pillədə tamamlayıb və pley-offa yüksəlib. Çexiya isə bir xalla qrupda qalaraq turnirlə vidalaşıb.

Meksika 1/16 finalda C, E, F, H və ya I qrupunun üçüncülərindən biri ilə qarşılaşacaq. Rəqib ən yaxşı üçüncü yer sahiblərinin yekun siyahısı müəyyənləşəndən sonra dəqiqləşəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:34

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Futbol
Bu gün, 17:58

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Oxşar xəbərlər